SON XƏBƏRLƏR

Putin tək qaldı: KTMT Rusiyanı dəstəkləmir

2022.04.27, 17:25
Putin tək qaldı: KTMT Rusiyanı dəstəkləmir

Gunaz.tv

Bu barədə Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsi məlumat yayıb.

"Rusiya Federasiyasının təkidinə baxmayaraq, KTMT üzvləri öz ölkələrindən kənarda sülhməramlı əməliyyatlar keçirmək barədə qərar qəbul etmək istəmirlər. 

Amma KTMT üzvləri milli kontingentin Rusiya Federasiyası və ya Belarus ərazisində məhdud şəkildə yerləşdirilməsi imkanını nəzərdən keçirə bilər. İndi KTMT-yə üzv olan bütün ölkələr (Rusiya Federasiyası və Belarusiya istisna olmaqla) Rusiyanın işğalı məsələsində bitərəfdir. Onların heç biri Krımın ilhaqını və DXR/LPR-nin müstəqilliyini tanımayıb", - rəsmi məlumatda deyilir.

Xatırladaq ki, KTMT Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistanın daxil olduğu hərbi-siyasi beynəlxalq təşkilatdır. (modern.az)

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar