SON XƏBƏRLƏR

VƏTƏNİ QORUYAN OĞULLAR_FAİQ QİSMƏTOÜLU

2021.10.20, 07:36
VƏTƏNİ QORUYAN OĞULLAR_FAİQ QİSMƏTOÜLU

Gunaz.tv
VƏTƏNİ QORUYAN OĞULLAR faiq-fismetoglu.200208.jpg Dünyanın hər yerində orduya, əsgərə böyük hörmətlə yanaşırlar. Ona görə hörmətlə yanaşırlar ki, bu ordu, bu əsgər vətəni və insanları qoruyur. Vətəni və insanları qoruyan orduyasa həmişə xalq tərəfindən böyük sevgi olub. Bizim də müstəqil məmləkətimizin ordusu zaman-zaman yaranmaqda və möhkəmlənməkdədir. Əgər əvvəllər bir o qədər də müasir döyüş texnikamız yox idisə, Böyük Öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra müstəqil dövlətin ordusu da möhkəmlənməyə başladı. Azərbaycan ordusu Heydər Əliyevin hakimiyyəti dövründə öz sözünü deyərək 1994-cü ilin yanvarında Füzulinin işğal altında olan Horadiz şəhərini və 22 yaşayış məntəqəsini azad elədi. Bütün bunlar onu göstərirdi ki, Milli Ordumuz Böyük Öndərin səyi və qüvvəsi nəticəsində daha da möhkəmlənmişdi. Ordu quruculuğunda islahatlar prezident İlham Əliyevin hakimiyyəti dövründə də geniş vüsət alıb. Azərbaycan ordusu ən müasir ağır texnika və döyüş təyyarələri ilə silahlanıb. Elə ona görə də bu gün düşmənlərimiz ordumuzun qüdrətindən vahiməyə düşüb qorxu keçirirlər. Amma bizim ordumuz heç vaxt işğalçı ordu olmayıb. O, Azərbaycanın bütövlüyü və müstəqilliyi yolunda hər an döyüşlərə hazır vəziyyətdədir. Ordu isə hərbi xidmətə çağırılan gənclərin hesabına öz qüvvəsini daha da möhkəmləndirir. Yəni indi gənclərimiz hərbi xidmətə heç bir tərəddüd etmədən böyük sevgi ilə gedirlər. Çünki onlar vətənin hər qarış torpağı uğrunda ölməyi yox, döyüşməyi üstün tuturlar. Vətən onda güclü olur ki, onun uğrunda döyüşən və ölən qeyrətli oğullar var. Bu çağırış da Hərbi Komissarlıqlardan vətənin müxtəlif bölgələrinə minlərlə çağırışçı yola düşüb. Bu mənada çağırış zamanı Yasamal rayonunun Hərbi Komissarlığının iş üsulu təqdirəlayiq sayıla bilər. Ona görə ki, Hərbi Komissarlıqla valildeynlər və çağırışçılar arasında çox isti, səmimi münasibətlər var. Bu münasibətlərsə təsadüfən yaradılmayıb. Çünki Yasamal rayonunun hərbi komissarı, polkovnik Namiq Hüseynov son dərəcə savadlı, ziyalı və peşəkar bir insandır. N.Hüseynovun insanlara yaratdığı sıx ünsiyyət həmişə çağırış kampaniyasının yüksək səviyyədə həyata keçirilməsinə imkan verir. Çağırış zamanı övladını yola salan Nəsir Əhmədov dedi ki, biz Namiq müəllimdən yerlə-göy qədər razıyıq. Hiss olunur ki, bu adam çox əsilli-köklü bir nəslin övladıdır. Onun alicənablığı və bizimlə olan səmimi münasibəti hər birimizin ürəyini xoş duyğularla doldurur. Fikirləşirik ki, bu cür hərbi komissarlar vətənimizin ən saf və namuslu zabitlərindəndir. Elə ona görə də övladlarımız çağırış məntəqəsinə həmişə böyük həvəslə gəlirlər. Ona görə böyük həvəslə gəlirlər ki, burda heç kim onların qəlbini qırmır. Əksinə, çətinə düşənlərə dayaq durur və yol göstərirlər. Əlbəttə, o yerdə ki, insanlara doğma münasibət var, istər-istəməz həmin adamlar da bu cür isti münasibətlərdən razı qalırlar. Övladlarını və əzizlərini Hərbi Komissarlıqlara insanlar böyük həvəslə yola salırlar. Hərbi Komissarlıqdan başlayan yol isə vətənin müxtəlif yerlərində fəaliyyət göstərən hərbi hissələrdən keçir. Bəziləri bir il, bəziləri isə bir il yarım hərbi xidmətdə qulluq edəndən sonra evlərinə qayıdırlar. Bu yaxınlarda bizim kənddə bir qıza elçi gediblər. Oğlanın adamları deyir ki, bəs bizim hər cür imkanımız var. Oğlumuz ali məktəbi bitirib, işə düzəlib, evi, maşını var. Qız adamı isə soruşub ki, oğlan əsgərlikdə olub, ya yox? Elçilərsə deyib ki, hələ əsgərliyə getməyib. Qız adamının sözü bu olub ki, biz sizin oğlunuza qız verə bilmərik. Qoy əsgər gedib gəlsin, sonra danışarıq . İndi həmin oğlan da bu çağırış hərbi xidmətə yollanıb. Təbii ki, o, əsgərlikdən qayıdandan sonra arzusuna da qovuşacaq və istədiyi qızı ona verəcəklər. İndi heç kim hərbi xidmətdən yayınmaq istəmir. Çünki hərbi xidmətdə olmayan adama ayrı-ayrı adamlar qız verməməklə yanaşı, heç onu dövlət qulluğuna da işə götürmürlər. Elə bunu hiss eləyən gənclərimiz bu gün könüllü olaraq hərbi hissələrə yola düşür, vətəni qorumağa gedirlər. Onlar vətəni qorumağa getdiyi kimi, tezliklə hərbi xidməti başa vurub öz ev-eşiklərinə dönəcəklər. Vətəni sevən və onu qoruyan hər bir gənci Allah qorusun. FAİQ QİSMƏTOÜLU adalet

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar