SON XƏBƏRLƏR

Viktor Yuşşenko Krım rəhbərliyinə yerli tatarların torpaq probleminin həlli barədə tapşırıq verib

2021.10.20, 07:36
Viktor Yuşşenko Krım rəhbərliyinə yerli tatarların torpaq probleminin həlli barədə tapşırıq verib

Gunaz.tv
Viktor Yuşşenko Krım rəhbərliyinə yerli tatarların torpaq probleminin həlli barədə tapşırıq verib Ukrayna prezidenti Viktor Yuşşenko 1944-cü ildə deportasiya olunmuş xalqların nümayəndələrinə Krım Muxtar Respublikasında torpaq sahələrinin ayrılması ilə bağlı yaranmış problemin həllinin sürətləndirilməsini istəyib. Ukrayna prezidentinin mətbuat xidmətindən bildiriblər ki, V.Yuşşenko Krım MR Ali Radasının sədri Anatoli Qritsenko və Nazirlər Şurasının sədri Viktor Plakida ilə görüşü zamanı onlara bu problemin tezliklə aradan qaldırılması üçün tədbirlər görməyi tapşırıb. Qeyd edək ki, Ukraynanın dövlət başçısı bu il mayın 14-də Krımdakı vətəndaşların torpaq probleminin həlli ilə bağlı fərman imzalayıb. bizimyol ------------------------------------------------------------------- Böyük Britaniya dünyanın ən böyük silah ixracatçısıdır Böyük Britaniya silah və hərbi texnikanın ixrac sifarişinin həcminə görə 2007-ci ildə birinci yeri tutub. Müdafiə və Təhlükəsizlik Təşkilatının yaydığı məlumatda bildirilir ki, Böyük Britaniyanın müdafiə təyinatlı şirkətləri xarici sifarişçilərlə ümumi məbləği 19 milyard dollara yaxın müqavilə imzalayıblar. Bu, dünya silah və hərbi texnika ixracının ümumi həcminin təxminən 33 faizini təşkil edir. Britaniya daha çox Şimali Amerika və Yaxın Şərq ölkələrinin silah bazarında möhkəmlənib. Britaniyalı ekspertlər bildirirlər ki, son illər dünya silah və hərbi texnika ixracında «müsbət dinamika» nəzərə çarpır. Bu, ilk növbədə İraq və Əfqanıstanda davam edən hərbi əməliyyatlarla bağlıdır. Son beş il ərzində Britaniya 53 milyard dollarlıq silah ixrac edib və bu göstəriciyə görə dünya ölkələri sırasında ikinci yerdədir. Siyahıda birinci yeri ABŞ (63 milyard dollar), üçüncü yeri Rusiya (33 milyard dollar) tutur (APA).

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar