GUNAZ.TV
GÜNEY AZƏRBAYCANIN AZADLIQ SƏSİ
İrana qarşı birlik qurulur
Şərqi Azərbaycanda enerji qıtlığı yaşanır
Prezident İlham Əliyev: Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk
Azərbaycan Prezidenti: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb
Prezident İlham Əliyev: Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var
Prezident: Təbii qaz təchizatçısı olan Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı da olacaq
Terror qruplaşması Azərbaycana qarşı tədbir keçirib
Şolts enerji təchizatı sabitliyinə töhfəsinə görə Azərbaycana təşəkkür edib
İsrail Hizbullahın obyektlərinə zərbələr endirməyə davam edir
Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim edilib
ABŞ təşkilatları Ermənistanda yeni AES-in tikintisi ilə bağlı tədqiqatlarda iştirak edir
Ukrayna daha 140 hərbçisinin meyitini geri qaytarıb
Mollalar hicaba riayət etməyənlərə qarşı dolayı müahribə elan ediblər
Kirmanda sosial media fəalları həbs edilib
Tarixi qala baxımsız qalıb
ABŞ İranın əleyhinə yeni sanksiyalar tətbiq edib
Kərəc və Saqqız şəhərlərində 4 məhkum edam edilib
Rəsmi İrəvan: Ermənistan və Azərbaycan XİN rəhbərlərinin Qazaxıstandakı görüşünün tarixi razılaşdırılır
KİV: İspaniya Ukraynaya “Patriot” raketləri göndərəcək
Məhbus aktivistlər məzuniyyət hüquqları ilə təmin olunmurlar
Təbrizli körpəyə türk adına görə sənəd verilmir
Milli fəal Cəbrayıl Pakruh məhkəməyə çağırıldı
ABŞ, Britaniya və Kanada İrana qarşı sanksiya tətbiq etdi
Dünya ölkələri girovlarla bağlı HƏMAS-a müraciət etdi
SON DƏQİQƏ: Avropa Parlamenti İran əleyhinə qətnamə qəbul edib
Azərbaycan və Özbəkistan kosmik sahədə əməkdaşlıq edəcək
İşğaldan azad edilmiş Malıbəyli kəndində 6 nəfərə aid qalıqlar aşkarlanıb
İranla Rusiya təhlükəsizlik anlaşması imzalayıblar
Avropa Parlamenti uyğurları dəstəkləyən qərar çıxarıb
Simonyan: Ermənistan Azərbaycandan qaz almağa hazırdır
Azərbaycanlı müəllim həbsxanaya köçürüldü
İranın 11 əyalətində daşqınlar; 1 bənd dağılıb
Ermənilər Tehranda soyqırım tədbiri keçiriblər
İsaril Hizbullahın 40 məntəqəsini məhv edib!
Ermənistan Təbrizdə konsulluq açacağını təsdiqlədi
Türkiyədə 23 İŞİD üzvü saxlanılıb
Xanada silah-sursat aşkar edilib
Təbrizdə qadın azarkeşlərin stadiona girişinə qadağa qoyulub
Azərbaycan Ordusunda MN rəhbərliyinin iştirakı ilə komanda-qərargah təlimləri keçirilir
Ağ Ev Ukraynanın ərazi itkilərinin səbəbini açıqlayıb
KİV: Çin Şimali Koreyadan Rusiyaya silah daşınmasına yardım edir
İran məhkəməsi tanınmış reperi edama məhkum etdi
SEPAH-a üzvlükdə şübhəli bilinən şəxs həbsə məhkum olunub
GünAz TV: Jurnalist Qreta Van Sasterenin “Amerikanın Səsi”nin media platformaları üçün keçirdiyi eksklüsiv müsahibədə Amerika Birləşmiş Ştatları (ABŞ) Vitse-Prezidenti Mayk Pens İranda cərəyan edən etiraz dalğası və ABŞ-ın bu ölkədə baş verənlərə münasibəti ilə bağlı fikirlərini bölüşüb.
Qreta Van Sasteren: Cənab Vitse-Prezident, sizi görməyimə şadam.
Vitse-Prezident Mayk Pens: Xoş gördük, Qreta. Təşəkkürümü bildirirəm.
Sual: İranda hadisələr baş verir. Anlayıram ki, orada situasiya mürəkkəbdir, zərifdir. ABŞ nə edəcək, yaxud nə edə bilər? Bilirəm ki, tvitlər və dəstək bəyanatları verilib. Bəs əməldə necə?
Vitse-Prezident Mayk Pens: Əvvəlcə onu nəzərə almaq lazımdır ki, İran dünyada terrorizmi dəstəkləyən və maliyyələşdirən qüvvədir. Onlar öz xalqına zülm edib, insan hüquqlarını tapdalamaqla yanaşı terrorist ixrac edərək regionda təhlükəli destabilləşdirmə gücü olaraq qalmaqda davam edir. İran xalqının ayağa qalxıb öz ölkələrində dəyişiklik tələb etməsi bütün azadlıqsevər amerikalıları və dünyada azadlığı dəyərləndirən insanları ürəkləndirməlidir. Onu da deməliyəm ki, 2009-cu ildə İranda Yaşıl İnqilab baş verən zamanı ABŞ prezidentinin sərgilədiyi tam sükutla indiki durum arasında təzad var.
Sual: O, bir neçə gün gözlədi, gözlədi, gözlədi və sonra danışdı...
Vitse-Prezident Mayk Pens: Bəli, ancaq düşünürəm ki, Prezident Donald Trampın İranın şəhərləri boyunca baş verən etirazları açıq şəkildə alqışlayaraq dəstək verməsi Amerikanın azadlıq carçısı kimi dünyadakı roluna daha çox uyğundur.
Sual: Dəstəyə gəldikdə, ortada bəyanat var. Prezident Obama da 2009-cu ildə bir neçə gün ləngidikdən sonra bəyanat verdi...
Vitse-Prezident Mayk Pens: Bu, sadəcə bir neçə günlük gecikmə deyildi. Çünki, mən də orda idim. Xatırlayırsınızsa, o zamanlar mən Konqres üzvü kimi Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin üzvü idim. Mən yaxşı xatırlayıram ki, 2009-cu ildə saxta seçkilərdən sonra əsasən gənclərdən ibarət hərəkat ərsəyə gəldi. İnsanlar küçələrə çıxır, İran xalqı cəsarətlə azad və demokratik gələcək tələb edirdi. Bəs həmin hadisələrin fonunda biz Ağ Evə, Amerika liderliyinə baxanda nə görürdük? Heç nə. Obamanın rəhbərliyi altında qulaqbatırıcı səssizlik hökm sürürdü. Konqres üzvü olaraq mən də həmin dövrdə Xarici Əlaqələr Komitəsinin sədri olan Demokrat konqresmən Hovard Bermanla birlikdə qətnamə tərtib etdik. Bizim təqdim etdiyimiz qətnamə Nümayəndələr Palatasındakı səsvermədən yekdilliklə keçdi. Daha sonra Senator Con Makkeyn və Co Liberman qətnaməni Senatda səsverməyə çıxardı. Senatda da qətnamə yekdilliklə qəbul olundu. Yalnız bunlardan sonra biz Prezident Obama və administirasiyadan bir reaksiya görə bildik. Keçmis administirasiyanın sükutu və azadlığa olan dəstəyin müvəffəqiyyətsizliyi ilə Donald Trampın birmənalı şəkildə cəsarətli İran xalqının yanında durması arasındakı fərq budur. Bilirəm ki, bizim dəstəyimiz bütün ölkə boyu şəhərlərdə küçələrə çıxaraq etiraz edən xalqa ümid verir və biz bu dəstəyimizi davam etdirəcəyik. Həm də yalnız sözdə yox - onlar ölkədə bu dəyişikliyi həyata keçirdikcə. Mən sizi əmin edirəm ki, ABŞ və bütün dünya daha azad və daha firavan gələcək istəyən İran xalqının yanındadır.
Sual: 1956-cı ildə Macarıstanda xalq qalxdı və oxşar dəstək var idi. 1991-ci ildə kürdlər üsyan edəndə 41-ci prezident Ata Buş və Yaşıl İnqilab zamanı siz dediyiniz kimi Konqres birmənalı dəstək ifadə etmişdi, Prezident Obama da cavab vermişdi. Amma bu cür dəstəklər heç də həmişə arzuolunan nəticə vermir. Bu dəfə ABŞ üçün dəstəkləməyə bir şansdır. Ancaq Birləşmiş Ştatlar küçələrə çıxmış insanlara dəstək vermək üçün konkret nəsə edə bilərmi?
Vitse-Prezident Mayk Pens: Əgər İran xalqı öz azadlıqları və dəyişiklik üçün onillər əvvəl ölkələrini ələ keçirmiş radikal ideologiya və dünyaya terror ixrac edən hökümətlərinə qarşı etirazlarını davam etdirsə, ABŞ və dünyanın başqa ölkələrinin onlar üçün edə biləcəyi böyük imkanlar var. Fikir verin ki, keçmiş administirasiya təkcə demokratiya üçün etiraz edən gözəl və cəsarətli İran xalqına qarşı səssiz qaldı. Onlar həmçinin iflasa uğrayan İran Nüvə Konvensiyasını qəbul etdilər. Hansı ki, Prezident Tramp müqavilənin yenidən imzalanmasını rədd etdi və biz bu sahədə liderliyimizi davam etdirəcəyik. Əvvəl ümid var idi ki, nevə razılaşması İranı daha müasir olmağa cəsarətləndirər. Ancaq biz bunun şahidi ola bilmədik və insanlar yenidən küçələrə axışmağa başlayıb. İndi isə bizim Amerika ənənəsinə sadiq qalaraq insanlara biz sizinləyik, sizə azad və firavan gələcək qurmağınız üçün dəstək veririk deyən prezidentimiz var. Hesab edirəm ki, bu çox böyük əhəmiyyətli bir fürsətdir. Mənim həmişə inanmışam ki, keçmiş Sovet İttifaqı dissidentləri Ronald Reyqanın “şər imperiya” çıxışını dinləməklə yalqız olmadıqlarını bildilər və ürəkləndilər. Bu gün küçələrə çıxaraq etiraz edən cəsarətli İran xalqı bilmədilər ki, onlar tək deyillər. Prezident Donald Trampın liderliyi altında bütün Amerika xalqı onları dəstəkləyir. Əgər onlar öz şücaətlərini davam etdirib azad və demokratik gələcəyə nail olsalar, ABŞ və bütün dünya onların yanında olacaq.
Sual: Prezident indiyədək Tvitter vasitəsilə çıxış edib. Hökumət isə İranda Tvitteri, Teleqramı, Feysbuku və Instaqramı qapadıb. O üzdən İranda sosial mediaya çıxış yoxdur. Bu müsahibə İrana çatacaq, çünki Amerikanın Səsi orada izlənilir. Sözümün canı budur ki, onlar prezidenti eşitməyə bilər. İkincisi - şübhə var ki, İranda bir çox adamlar prezidentin immiqrasiya siyasətindən narazıdırlar – söhbət İrandan olan adamların ABŞ-a gəlişinə qadağadan gedir. Ona görə də İrandakı insanların bu çağırışlara reaksiyasını bilmirəm.
Vitse-Prezident Mayk Pens: İranda ayətullalar və rejim tərəfindən edilən təzyiqlər təəccüb doğurmur. Onlar fundamental insan hüquqlarını inkar edən və sosial medianı bağlayan hökümət olaraq qalmaqda davam edirlər. Bu da gözləniləndir.
Sual: Bu çağırışlar Tvitter vasitəsilə edilir. Prezidentin insanlara müraciəti üçün başqa çıxış vasitəsi varmı? Məsələn Senator Lindzi Qraham təklif edib ki. Prezident bu məsələ ilə bağlı Amerika xalqına müraciət etsin.
Vitse-Prezident Mayk Pens: Hesab edirəm ki, prezident bu gün səhər sosial media vasitəsilə birbaşa İran xalqına müraciət edib.
Sual: Ancaq onların sosial mediası yoxdur. Problem budur.
Vitse-Prezident Mayk Pens: Sizi əmin edə bilərək ki, istər prezident, istər mən, istər dövlət katibi, istərsə də səfir Nikki Heyli küçələrdə etiraz edən İran xalqına 9 il əvvəlkindən daha fərqli mesaj göndərəcəyik. Onlar bilməlidir ki, Amerikan xalqı həm İranda, həm də bütün dünyada azadlıqsevər insanların yanındadır. Mən səmimən dua edirəm ki, İranın gənc və ali savadlı insanları ABŞ və xalqının onların təbii müttəfiqi olduğunu başa düşsün. Biz onların demokratik və azad gələcək əldə etdiklərini görmək istəyirik. Biz onların dünya üçün təhlükə olan, dünyanı təhdid etmək üçün nüvə silahı inkişaf etdirən rejimdən uzaqlaşmalarını görmək istəyirik.
Sual: Əgər prezident nüvə anlaşmasını yenidən sertifikatlaşdırmasa nə gözlənilə bilər? İranda insanlar güman edirdilər ki, anlaşmanın sertifikatlaşması dondurulmuş pulları açacaq, iqtisadiyyatı dirçəldəcək, amma bu baş vermədi. O üzdən də etiraz var. Əgər anlaşma sertifikatlaşdırılmasa, nə baş verəcək? İran xalqını qarşıda nə gözləyir?
Vitse-Prezident Mayk Pens: Prezident tam aydın şəkildə bildirdi ki, razılaşma yenidən imzalanmayacaq.
Sual: İran xalqına nə olacaq?
Vitse-Prezident Mayk Pens: Sizin dediyiniz məsələ ilə bağlı başqa qərarlar verilməlidir, Qreta. Sanksiyalar qoyulmasına davam ediləcək ya yox, prezident bu ayın ortasına qədər məsələ ilə bağlı qərarını verəcək.
Sual: Siz güman edirsiz ki, bu, kömək edəcək? Sanksiyalar? Mən sanksiyaların əleyhinə deyiləm. Mən Myanmaya sanksiyalara tərəfdaram. Ümumilikdə sanksiyaların əleyhinə deyiləm. Ancaq mümkündürmü ki, İrana sanksiyaların gücləndirilməsi hazırda küçərlədə etiraz insanlara ziyan vuracaq?
Vitse-Prezident Mayk Pens: Biz inanırıq ki, sanksiyaların təsiri var. Sanksiyalar təkcə İrana yox, həmçinin Şimali Koreyaya da təsir etmək gücündədir. Bizim prezidentimiz və onun administirasiyası ABŞ-ın bütün iqtisadi ağırlığını ortaya qoyaraq İrana qarşı iqtisadi sanksiyaların tətbiq olunmasında qərarlıdır. İndi biz gələcəkdəki sanksiyaların şərtlərini müəyyən etmək üçün Konqreslə birlikdə çalışırıq. Bu reallıqdır ki, İranla əldə olunan nüvə razılaşması həddən artıq yumşaq idi. Razılaşma İranın nüvə silahı hazırlamasını müəyyən dərəcədə, cəmi 10 illik qadağan edirdi. 10 ildən sonra İran nüvə silahını inkişaf etdirə bilərdi. Biz istəyirik ki, uzunmüddətli qanunvercilik, müqavilə bağlayaq. əgər İran istifadə oluna bilən nüvə silahı və ballistik raketlər əldə etməyə çalışarsa bütün sanksiyalar dərhal yenidən tətbiq olunacaq. Bütün bu qərarlar üzərində iş gedir. Ancaq mən düşünürəm ki, hazırda İran küçələrində baş verənlər əsasən sanksiyaların mövcudluğuna inanmalıyıq. Əlavə təzyiqlərlə xalqa və iqtisadiyyata təsir nəticəsində İran xalqını irəli addımlamağa cəsarətləndirə bilərik.
Sual: Siz son sualda Şimali Koreya məsələsinə toxundunuz. Prezident Tvitterdə yazıb ki, onun nüvə düyməsi Kim Conq Unun düyməsindən böyükdür. Kim Con Una bu cür yazmaqla o, odla oynayırmı - bu Tvitter müharibəsində?
Vitse-Prezident Mayk Pens: Prezident Tramp dünya səviyyəsində liderlik nümayiş etdirib - ələlxüsus da Şimali Koreya ilə bağlı əhəmiyyətli irəliləyişlər var. Kim Conq Unun Yeni İl çıxışında bir tərəfdən cənub qonşusu ilə münasibətlərini yaxşılaşdırmaq istədiyi mesajını verməklə, digər tərəfdən otağında ABŞ-a çatacaq nüvə raketinin düyməsini olduğunu bildirib. Prezident Tramp açıq şəkildə ifadə etdi ki, ABŞ heç zaman təhdid olunmağa, qorxudulmağa razı olmayacaq. ABŞ Şimali Koreyaya qarşı aparılan misilsiz dərəcədə iqtisadi və diplomatik təzyiqlərə nəzarət edir. Şimali Koreyanın onillər boyunca davam edən dünya ictimaiyyətini dinləməsi və nüvə silahını inkişaf etdirməyə davam etməsində sonra indi biz sözün həqiqi mənasında regiondakı ölkələr arasında hərəkətlənmənin şahidi oluruq.
Sual: Siz narahat deyilsiz?
Vitse-Prezident Mayk Pens: Çin həmişəkindən daha çox edir və etməlidir. Hazırda Çin Şimali Koreyanı iqtisadi və diplomatik tərəfdən təcrid etməklə əvvəlkindən daha çox iş görür. Mən həqiqətən inanıram ki, prezidentin də açıq şəkildə bildirdiyi kimi, bütün seçimlər masa üzərindədir. ABŞ höküməti öz xalqını qorumaq üçün Şimali Koreyanın təsəvvür edə biləcəyindən qat-qat artığını etmək iqtidarındadır. Eyni zamanda Şimali Koreyaya göndərilən mesaj budur ki, o, öz nüvə və ballistik raket ambisiyalarından əl çəkib, proqramı ləğv etsə, bu addım məsələnin dinc həllinə fürsət olar.
Qaynaq:
https://www.amerikaninsesi.org/a/vitse-prezident-mayk-pens-iran/4192740.html
N.S
Terror qruplaşması Azərbaycana qarşı tədbir keçirib
Tarixi qala baxımsız qalıb
Təbrizli körpəyə türk adına görə sənəd verilmir
Simonyan: Ermənistan Azərbaycandan qaz almağa hazırdır
Ermənilər Tehranda soyqırım tədbiri keçiriblər
Təbrizdə qadın azarkeşlərin stadiona girişinə qadağa qoyulub
KİV: Çin Şimali Koreyadan Rusiyaya silah daşınmasına yardım edir
HƏMAS mülki sığınacaqlardan raket atır
Qırğızıstan Ağdamda məktəb binası inşa edəcək
Prezident İlham Əliyev tanınmış güneyli alim Şapur Ənsariyə medal verdi
İsrail İranın S-300 raketlərini məhv edib!
Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb
Türkiyə Prezidenti Ermənistana xəbərdarlıq edib: Fürsət qapıları həmişə açıq qalmır
Azərbaycan türkcəsindəki mətnləri "Onlayn" tərcümə edən proqram təqdim olunub
İranda məcburi hicab qaydaları növbəti dəfə sərtləşdirilir
ABŞ Dövlət Departamenti İranda insan haqları ilə bağlı illik hesabatını yaydı
Krım türklərinin Tərcüman adlı televiziyası fəaliyyətə başlayıb
Təbrizdə Urmu gölü ilə bağlı posterlər yayıldı
"Bosniyada müsəlmanlara qarşı törədilənlər soyqırımı olmayıb" İranın səfiri
2 il ərzində ölkənin yoxsul təbəqəsinin sayı 8 milyon nəfər artıb
Dörd azərbaycanlı fəalın dindirmə iclası keçirilib
İsrailin hücumu mesaj idi: Biz daha pisini də edə bilərdik
İsrail niyə İsfahanı hədəf aldı?
Güneyli aktivist məzuniyyətə göndərilib
Azərbaycan sərhədçiləri İrandan narkotik keçirilməsinin qarşısını alıb
İran yenədə "Şirin quyruğu"ndan danışdı
İsrail İrana hava zərbələri endirib
Azərbaycanın növbəti uğuru- Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
G7 İranı hədələdi: Rusiyaya silah vermə...
İsrail Suriyanın şimalını bombalayıb
Paşinyan: Ermənistan və Azərbaycan ilk dəfə problemi masa arxasında həll edib
İsrailin zərbəsi ilə bağlı ilkin DETALLAR!
Təbrizdə güclü partlayış səsləri eşidilib
Qəzvində sosial media fəalları həbs edilib
"Bosniyada müsəlmanlara qarşı törədilənlər soyqırımı olmayıb" İranın səfiri
İran rejimi xeyrinə casusluqda şübhəli bilinən şəxs həbs edildi
Prezident İlham Əliyev tanınmış güneyli alim Şapur Ənsariyə medal verdi
Krım türklərinin Tərcüman adlı televiziyası fəaliyyətə başlayıb