SON XƏBƏRLƏR

Dövlət Xidməti: Novruz bayramı ilə əlaqədar 9 gün iş olmayacaq

2022.02.17, 06:41
Dövlət Xidməti: Novruz bayramı ilə əlaqədar 9 gün iş olmayacaq

Gunaz.tv

Bunu Dövlət Əmək Müfəttişliyi Xidmətinin mətbuat katibi Aynur Osmanqızı bildirib.

Onun sözlərinə görə, martın 20-si bazar gününə təsadüf etdiyi üçün Azərbaycan Respublikası Əmək Məcəlləsinin 105-ci maddəsinin 5-ci bəndinə əsasən iş və istirahət günlərinin yeri dəyişdiriləcək, 25 mart qeyri-iş günü olacaq.

Beləliklə, 19, 26 və 27 mart tarixləri də şənbə və bazar günlərinə təsadüf etdiyi üçün Novruz bayramı ilə əlaqədar 9 gün ardıcıl (19, 20, 21, 22, 23, 24, 25, 26 və 27 mart) iş olmayacaq. (apa)

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar