Avropa rəsmisi: “İran nüvə razılaşmasının canlandırılması üçün danışıqlara qatılmağa hazır deyil”

16.10.2021, 11:04

Avropa İttifaqının adının çəkilməsini istəməyən yüksək vəzifəli bir rəsmisi dünya güclərinin Vyanada İranla apardığı nüvə danışıqlarından və rəsmi Tehranın həmin danışıqlara qatılmaqdan boyun qaçırmasından danışıb.

Gunaz.tv Quote | Gunaz article

O, oktyabrın 15-də mediaya açıqlamasında  deyib ki, onun şəxsi fikrincə İran gec-tez Yana danışıqlarına qatılmaq, müzakirələrə son qoymaq siyasətini yürüdür.


“Hesab edirəm ki, İran hələlik nüvə razılaşmasının canlandırılması üçün Vyanada aparılan danışıqlara qatılmağa hazır deyil və yalnız gələn həftələrdə Avropa rəsmiləri ilə keçiriləcək görüşlərdə təqdim ediləcək yeni razılaşmanın mətni ilə tanış olmaq, barəsində müzakirə aparmaq istəyir.


Brüsseldə Avropa Birliyi rəsmiləri ilə danışıqların aparılması yaxşı ideyadır. Bu hər iki tərəfin yeni razılaşmanın mətnini gözdən keçirməsi və İranın bununla bağlı suallarına cavab verilməsi üçün yaxşı fürsətdir. 


Mənə elə gəlir ki, Brüssel danışıqları indiki vəziyyəti götür-qoy edəcək və bizi Vyanadakı əsas müzakirələrə hazırlaşdıracaq. Mənim isə proqnozuma görə, bu çox qısa bir zamanda həyata keçiriləcək”, -deyə adının çəkilməsini istəməyən Avropa İttifaqının yüksək vəzifəli rəsmisi bildirib. 


Xatırladaq ki, nüvə razılaşmasının canlandırılması ilə bağlı danışıqlar təxminən dörd ay əvvəl İbrahim Rəisinin prezident seçkilərində qalib gəlməsindən sonra dayandırılıb.


Həmin müddətdə isə İranın yeni hökuməti rəsmi Tehranın Amerika ilə birlikdə nüvə razılaşmasının tam icrasına qayıtmaq üçün rəsmi Vaşinqtonla birbaşa danışıqlar aparmaqdan imtina edib.


A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Çin nüvə başlıqlarının sayını 4 dəfə artıracaq

2022-11-30

gun az article

İran parlamenti etirazçılara qarşı cəzanı sərtləşdirməyi planlaşdırır

2022-11-30

gun az article

"İranın BMT-nın Qadınların Vəziyyəti üzrə Komissiyasından çıxarılması dekabrın 14-də səsə qoyulacaq"-"Reuters"

2022-11-30

gun az article

“Gender Bərabərliyi” İctimai Birliyi daha bir layihəni uğurla yekunlaşdırılıb

2022-11-29

gun az article

KİV: “NATO Ukraynaya “MiQ-29” və ya “F-16” qırıcıları verməyi nəzərdən keçirir”

2022-11-29

gun az article

İranda 3 yəhudi həbs edilib

2022-11-29

gun az article

Çavuşoğlu: Ukraynanın ədalətli sülhə ehtiyac var, Türkiyə buna çalışır

2022-11-29

gun az article

İsrail və Amerika "İrana hücum" təlimi keçirir

2022-11-29

gun az article

Kayli Mur Gilbert: "İslam Respublikası Avstraliyaya nüfuz edib"

2022-11-29

gun az article

İranda azad bazarda avronun qiyməti rekord vurub

2022-11-29

gun az article

Dövlət başçısı Tatarıstan Prezidentini qəbul edib

2022-11-29

gun az article

Noyabrın 28-i gecə saatlarında İranda etiraz aksiyaları davam edib

2022-11-29

gun az article

Deputat Azərbaycan Respublikasının adının Şimali Azərbaycan olması təklifi ilə çıxış edib

2022-11-29

gun az article

İraqın Baş naziri Tehrana səfər edib

2022-11-29

gun az article

Pentaqon: "Azərbaycan regionda ABŞ-ın mühüm tərəfdaşıdır"

2022-11-29

gun az article

Pentaqonda Azərbaycan və ABŞ arasında hərbi əməkdaşlığın perspektivləri müzakirə olunub

2022-11-29

gun az article

Rüstəm Minnixanov Azərbaycanda tatar ictimai təşkilatlarının nümayəndələri ilə görüşüb

2022-11-29

gun az article

"İran qadınları molla rejiminə boyun əyməkdən imtina edir"-Britaniyanın baş naziri

2022-11-29

gun az article

İranlı futbolçuların ailələri ABŞ-la oyundan əvvəl təzyiqlərlə üzləşiblər

2022-11-29

gun az article

İranda tanınmış jurnalist Məryəm Vəhidiyan həbs edilib

2022-11-29