Xamneyini istefaya çağıran bəyanatı imzalayanlardan daha biri həbs edilib

19.08.2019, 14:52

GünAz TV: İranın “dini lider”i Əli Xamneyini istefaya çağıran bəyanatı imzalayan 14 nəfərdən daha biri- Abbas Vahidiyan Şahrudi avqustun 18-də Məşhəddə, öz yaşadığı mənzildə ETTELAAT tərəfindən həbs edilib.

 

İnsan haqları fəallarının dediklərinə görə, o, axşam saatlarında ailəsi ilə birlikdə evdə olarkən ETELAAT işçiləri onun mənzilinə hücum ediblər. Məlumatlarda bildirilir ki, ETELAAT işçiləri Abbas Vahidiyanı ailəsinin gözü qarşısında döyüb, daha sonra maşına mindirib, naməlum istiqamətdə aparıblar.

 

İranın hüquq müfahizə orqanları hələ ki, yayılan xəbərlərə münasibət bildirməyiblər.

 

Xatırladaq ki, iyun ayında 14 siyasi fəal bəyanat yayaraq, Əli Xamneyini istefaya çağırmışdı. Digər fəallar da bu bəyanatı dəstəkləmiş və avqust ayının əvvəllərində 14 qadın aktivist oxşar tələblə çıxış etmişdilər.

 

Bu günə qədər bu bəyanatları imzalayanlardan bəziləri həbs edilib. Digər fəallar isə təhdid olunduqlarını və təzyiqlərə məruz qaldıqlarını deyirlər.

 

Ötən həftə isə hər iki bəyanatı imzalayanlardan bir neçəsi bir qrup siyasi aktivistlə Xamneyini istefaya çağıranlardan biri olan Kamal Cəfəri Yəzdiyə qarşı 13 il həbs cəzası verilməsinə etiraz əlaməti olaraq Məşhəd Ədliyyə İdarəsinin qarşısında toplaşmışdılar. Lakin təhlükəsizlik qüvvələri onları həbs etmişdi.

 

Ə.A

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

“Azadlıq səsi” proqramında müzakirə- “Azərbaycana qarşı erməni-fars təxribatları”  -VİDEO

2023-03-27

gun az article

Tehranda Azərbaycan bayrağı asıldı

2023-03-27

gun az article

Təbrizdə aksiya: divarlara etiraz məzmunlu afişalar asıldı

2023-03-27

gun az article

“Dəyirmi masa”: “İranın Azərbaycana qarşı təhdidləri” və “Azərbaycanlıların Brüssel toplantısı” -VİDEO

2023-03-26

gun az article

Həmədanda Azərbaycan mahnısına görə restoran bağlandı

2023-03-26

gun az article

Güney azərbaycanlılar Brüsseldə mitinq keçiriblər

2023-03-25

gun az article

“Körpü”də müzakirə: “Güney Azərbaycanda məsələ dövlətsizlik məsələsidir” -VİDEO

2023-03-25

gun az article

Təbrizdə taksi kirayələri kəskin artdı

2023-03-25

gun az article

Xoyda baş verən zəlzələdə xəsarət alanların sayı açıqlandı

2023-03-24

gun az article

Ərdəbildən Azərbaycan Respublikasına dəstək

2023-03-24

gun az article

Güney Azərbaycanda 5.6 bal gücündə zəlzələ baş verib

2023-03-24

gun az article

Zənganlı fəal Hüseyn Bayat qeyri-müəyyən şəraitdə həbsdə saxlanılır

2023-03-24

gun az article

BMT ofisində "Ərk"-Azərbaycan İnsan Hüquqları Cəmiyyətinin konfransı keçirilib

2023-03-24

gun az article

“Sözümüz”də müzakirə: “İranın Azərbaycana qarşı təhdidləri nə qədər ciddi sayılır?”  - VİDEO

2023-03-24

gun az article

Urmuda 5 nəfər casusluq ittihamı ilə edama məhkum edilib

2023-03-23

gun az article

Güneyli hüquqşünaslar tərəfindən Azərbaycan İnsan Hüquqları Təşkilatı yaradılıb

2023-03-23

gun az article

Ərdəbildə uşaqlara Azərbaycan dilində kitablar paylanıb-VİDEO

2023-03-23

gun az article

İran Sərhəd Qoşunlarının komandanı Azərbaycan sərhədinə gəlib

2023-03-23

gun az article

Milli fəal Pərviz Siyabi məzuniyyətə buraxılıb

2023-03-23

gun az article

Güneyli məhbusun vəziyyəti ilə bağlı BMT nümayəndəsinə məlumat verildi

2023-03-22