SON XƏBƏRLƏR

Xamneyinin istefasını tələb edən 14 qadından daha 5-i uzunmüddətli həbsə məhkum edilib

2021.10.20, 07:36
Xamneyinin istefasını tələb edən 14 qadından daha 5-i uzunmüddətli həbsə məhkum edilib

Gunaz.tv

GünazTV: Tehran məhkəməsi İranın “dini lider”i Əli Xamneyinin istefası tələbi ilə birgə bəyanatı  yayan 14 siyasi və mədəni qadın fəalını həbsə məhkum edib

 

Məhkəmənin qərarı ilə Şəhla Cahanbin, Giti Purfazil, Zəhra Camali və Şəhla İntisari, hər biri 3 il yarım, Nərgiz Mənsuri isə 6 il həbsə məhkum edilib.

 

Qadın fəallar, ölkənin milli təhlükəsizliyinə qarşı çıxmaqda, qanunsuz toplantılara qatılmaqda və ölkənin hakim rejiminə qarşı təbliğat aparmaqda günahlandırılırlar.

 

 Bildirilir ki, son günlər həmin bəyanatı imzalayanlardan daha 9 nəfərə ümumilikdə 90 il həbs qərarı çıxarılıb.

 

 Xatırladaq ki, 2018-ci ilin iyun ayında ikisi qadın olmaqla 14 siyasi və mədəni fəal Əli Xamneyiyə birgə açıq məktub yazaraq, onu istefaya çağırmış və ölkə konstitusiyasında əsaslı dəyişikliklər edilməsini tələb etmişdilər.

 

 Bəyanatı, Məhəmməd Nurizad, Məhəmməd Məleki, Haşım Xastar, Gövhər Eşqi, Abbas Vahediyan Şahrudi, Huriyyə Fərəczadə, Kamal Cəfəri Yəzdi, Məhəmməd Məhdəvifər, Cavad Ləəl Məhəmmədi, Rza Mehreqan, Məhəmmədrza Bayat, Məhəmməd Kərim Beygi, Zərdüşt Əhmədi Rağib və Məhəmməd Hüseyn Sepehri imzalamışdılar.

 

 

 Bundan az sonra, daha 14 siyasi və mədəni qadın da eyni addımı ataraq, imzaladıqları birgə bəyanatla axund Xamneyini istefaya çağıraraq, İslam Respublikası siyasi sisteminin buraxılmasını tələb etmişdilər.

 

 Həmin qadınlar bunlardır: Şəhla İntisari, Nüsrət Beheşti, Firiştə Təsvibi, Pərva Paçidə, Giti Purfazil, İzzət Cavadi Hesar, Zəhra Camali, Şəhla Cahanbin, Fatimə Sepehri, Məryəm Süleymani, Susən Tahirxani, Firəngiz Məzlum, Nərgiz Mənsuri və Kimiya Novruzi Sabir.

 

 Hazırda həmin bəyanatı və açıq məktubu yazıb imzalayanların əksəriyyəti zindanlarda saxlanılır.

 

 A.M

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar