SON XƏBƏRLƏR

Xamneyinin müşaviri, İranın Amerika koalisiyası qarşısında yeni koalisiya yaratmaq niyyətində olduğunu bildirib

2021.10.20, 07:36
Xamneyinin müşaviri, İranın Amerika koalisiyası qarşısında yeni koalisiya yaratmaq niyyətində olduğunu bildirib

Gunaz.tv

GünAzTV: İranın dini liderinin hərbi məsələlər üzrə müşaviri Yəhya Rəhim Səfəvi, yanvarın 23-də jurnalistlərə açıqlamasında Amerikanın Suriyada hərbi varlığından və İranın buna qarşı aparmaq istədiyi yeni siyasətindən danışıb.

 

Rəhim Səfəvi bildirib ki, Amerikanın Suriyanın şimalında 30 min nəfərlik bir hərbi qüvvə yaratmaq istəməsi, bölgədə yeni bir problemin ortaya çıxmasına səbəb olub: “Bu gün regionda yeni bir problem ortaya çıxmaqdadır. O da, Amerikanın Fürat çayının qərb hissəsində 30 min nəfərlik yeni bir hərbi qüvvə yaratmağıdır. Hesab edirik ki, Suriyada Amerika, İsrail və Türkiyə koalisiyasının qarşısını almaq üçün İran, Rusiya, Pakistan, Suriya və İraq koalisiyası yaranmalıdır.

 

İran bölgədə tam sayıqlıqla, Rusiya, Pakistan, Suriya və İraqdan ibarət regional bir koalisiya yaratmaqla, amerikalıların Suriyada yaratdığı koalisiyasının qarşısında dayanmalıdır. Düşünürəm ki, biz bu istiqamətdə hərəkət etməliyik”.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar