SON XƏBƏRLƏR

Xəzər çəkişməsi.Tehran bu il dənizin statusunun həllini vəd edir

2021.10.20, 07:36
Xəzər çəkişməsi.Tehran bu il dənizin statusunun həllini vəd edir

Gunaz.tv
Xəzər çəkişməsi Tehran bu il dənizin statusunun həllini vəd edir Azərbaycan, Rusiya, Qazaxıstan, İran və Türkmənistan xarici işlər nazirlərinin müavinləri tezliklə Bakıda toplaşaraq, Xəzərin statusu məsələsində tərəqqi əldə etməyə və 5 ölkənin prezidentinin payızda Bakı görüşünü hazırlamağa çalışacaqlar. Yçüncü Xəzər zirvəsi adlanan bu tədbir oktyabr ayında gerçəkləşməlidir. O vaxta qədər isə sahilkpanı dövlətlərin XİN başçıları bir araya gələcək. Bu barədə İran prezidentinin Xəzər məsələləri üzrə xüsusi nümayəndəsi, xarici işlər nazirinin müavini Əlirza Şeyx Əttar məlumat verib. İran tərəfinin budəfəki açıqlamaları müəyyən dərəcədə, gözlənilməz xarakter daşıyır: "Biz çalışacağıq ki, dövlət başçılarının qarşıdakı zirvə görüşünə qədər status məsələsi tamamilə yekunlaşdıraq". İran KİV-in yazdığına görə, Əttar jurnalistlərə ikitərəfli sazişlərin əsasında ümumi razılığın əldə olunacağını söyləyib: "Ymid edirik ki, bu il ərzində Xəzər dənizinin hüquqi rejimi yekunlaşdırılacaq. Dövlətlər arasında əldə edilmiş ikitərəfli razılıqlar ümumi razılıqlara yol açacaq." Qeyd edək ki, Xəzərin zəngin sərvətlərini və sahil xətlərinin bölüşdürülməsi ətrafında artıq 15 ilə yaxındır ki, qızğın mübahisələr gedir. 2006-cı ilin sonlarında Türkmənistanda Saparmurad Niyazovun vəfatından sonra, problemin həlli istiqamətində müəyyən irəliləyişlər hiss edilməkdədir. Yeni prezident Qurbanqulu Berdımühəmmədov sələfi ilə müqayisədə dəniz qonşuları ilə dil tapmağa meylli görünür. Buna baxmayaraq, Xəzərin bölüşdürülməsinin qarşısında digər böyük maneə İran özü hesab olunur. Tehran dənizin beşdə birinə iddia edir. Hələ bir neçə ay öncə İran XİN sahilyanı ölkələri dənizin bərabər hissəyə bölünməsi ideyasını qəbul etməyə çağıraraq, "əks halda, danışıqları sonsuz şəkildə uzadacağı ilə" hədələmişdi. Ötən ilsə İran tərəfi statusla bağlı müzakirələrə yeni "təhlükəsizlik və sabitlik haqqında" saziş layihəsini təqdim edib. Burada dənizin təkindən bütün magistral boru kəmərlərinin çəkilməsinə imkan verilməyəcəyi bəyan olunur. Bu, Bakının Transxəzər layihələrinə qarşıdır. Məsələ ötən ay Bakıda İran və Azərbaycanın xarici işlər nazirlərinin müavinləri səviyyəsində yenidən müzakirə olunsa da, bir şey çıxmamışdı: Əvvəlcə məlumat yayıldı ki, işçi qrupları konvensiya layihəsinin böyük hisssəsini razılaşdırıblar, sonra isə bəlli oldu ki, razılaşdırılan əslində əsas məsələni - statusu yox, onun "çərçivəsini" əhatə edir. "Bizim əldə etdiyimiz nəticələr hələlik yalnız siyasi razılaşmaları ehtiva edir və bu, dənizin hüququ statusunun razılaşdırılması anlamına gəlməməlidir", - Azərbaycan prezidentinin Xəzər məsələləri üzrə şəxsi nümayəndəsi Xələf Xələfov "Ekspress"я bildirib. Bakıda Tehranın mövqeyi ilə bağlı ehtiyatla danışsalar da, diqqət buna yönəldilir ki, İran Xəzərin şərq sahili boyunca yeni yolların çəkilməsi, dəmiryollarının salınması və neft-qaz kəmərlərinin inşasında marağını ifadə edib: "Bu isə ucqar və az tanınan regionun daha sürətli inkişafı üçün şərait yarada bilər". İran prezidenti Mahmud Əhmədinejad isə bugünlərdə "Xəzərin statusu probleminə uzunmüddətli baxış və hövzənin təbii ehtiyatlarının dəyərləndirilməsi vacib olduğunu" vurğulayıb: "Bəzi dünya gücləri öz maraqları naminə Xəzərin hüquqi statusu problemindən region dövlətlərini bir-birinə qarşı qoymaq məqsədilə istifadə edir. Hesab edirəm ki, region ölkələri qarşılıqlı anlayış içərisində xarici güclərin müdaxiləsinə yol verməyərək problemləri öz aralarında həll etməlidir. Bəzi ölkələri bölgənin yalnız neft və digər enerji qaynaqları maraqlandırır. Amma bölgə dövlətlərini daha çox təhlükəsizlik və ekoloji problemlər maraqlandırmalıdır. Biz bu problemləri birgə həll etməyə qadirik". Xatırladaq ki, birinci Xəzər sammiti 2002-ci ildə Aşqabbadda gerçəkləşib. O vaxt ilk dəfə olaraq bir araya toplaşan prezidentlər status məsələsində mövcud fikir ayrılıqlarının fonunda heç bir bəyanat qəbul edə bilməmişdilər və sənəd növbəti sammitə saxlanılmışdı. O vaxtdan 5 Xəzəryanı ölkənin xüsusi nümayəndələri torpaşaraq statusla bağlı konvensiya layihəsinin mətli ilə yanaşı, ikinci Xəzər zirvəsi üçün bəyanat layihəsi tərtib etməyə çalışırdılar, ancaq bir şey çıxmırdı. Xüsusilə də tərəflər konvensiyada razılaşdırılmamış müddəaların müzakirəsinə keçmək üçün prinsipial qərar çıxara bilmirdilər. Nəhayət, ötən ilin oktyabrında beş Xəzəryanı dövlətin başçısı Tehrana toplaşdı ki, status məsələsində irəliləyişə nail olsunlar. Ola bilmədilər. Görünür, Xəzərin statusunun razılaşdırılmasına hələ çox var. Bir də ki, qeyri-müəyyən status kimə mane olur ki? Hər bir sahil dövləti Xəzərdə istədiyini edir. Biri neftini çıxarır, biri qazma işləri aparır, o biri də balığını ovlayır, kürüsünü çıxarır. Bəzi məlumatlara görə, Xəzər danışıqlarının indiyədək nəticə verməməsində Rusiya da maraqlıdır. Moskva ilk növbədə, konvensiya layihəsində "hərbləşmənin stabil balansını saxlamaq formulu"nu salmaq istəyir. Rusiya bununla habelə dənizdə üçüncü qüvvələrin iştirakının əleyhinə çıxır. Rusiyanın bu mövqeyinin qarşısında Azərbaycan tərəfi hələ ötən il Xəzərin tamamilə delimitasiyasını təklifini qaldırıb. Bununla yanaşı, Kreml dənizdə hərbi dəniz mobil qüvvəsinin (Xəzər donanması) yaradılmasını təşəbbüsün də əldən vermək istəmir. Ə.Raufoğlu express

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar