SON XƏBƏRLƏR

Xəzər dənizindən Simnana su kanalı çəkilməsinə qarşı etiraz aksiyası keçirilib- FOTO

2021.10.20, 07:36
Xəzər dənizindən Simnana su kanalı çəkilməsinə qarşı etiraz aksiyası keçirilib- FOTO

Gunaz.tv

GünAz TV: Mazandaranın şərqində yerləşən Gəlugah rayonunda ətraf mühit aktivistləri çimərlikdə insan zənciri yaradaraq, Xəzər dənizindən Simnana su kanalı çəkilməsinə etiraz ediblər.

 

Etirazçılar həmçinin əllərində “Xəzər dənizinin suyunun başqa yerə çəkilməsinə yox”, “şimalın su ehtiyatlarının başqa məcraya yönəldilməsinə yox” və “Qorqan körfəzi qurumaq üzrədir, bunu almayın” kimi şüarlar yazılmış plakatlar tutublar.

 

Ekoloji aktivistlər Xəzər dənizinin Simnana su kanalının çəkilməsinin Mianqala gölməçəsinin qurumasına, eləcə də Qorqan körfəzinin məhv olmasına səbəb olacağını bildiriblər.

 

Bir qrup digər ətraf mühit fəalı isə Xoşkbicarın Hacı Bekəndə sahilində toplaşaraq, sözügedən layihəyə qarşı öz etirazlarını bildirib.

 

 

Ötən həftə İranın Ekologiya və Təbii Sərvətlər Nazirliyi Xəzər dənizindən Simnan əyalətinə su kanalı çəkmək üçün nəzərdə tutulan məcranın müəyyən edildiyini bəyan etmişdi.

 

Qeyd etmək lazımdır ki, bu layihənin icrasını 2011-ci ildə Mahmud Əhmədinejadın hökuməti İran Su və Enerji Ehtiyatları şirkətinə təhvil vermişdi. Lakin insanların etirazından sonra onun icrası dayandırılmışdı. Buna baxmayaraq, son günlər ərzində media orqanlarında Ekologiya Təşkilatının sədri İsa Kəlantərinin yenidən sözügedən layihənin icrasına icazə verməsilə bağlı məktub yayılıb.

 

Mahmud Əhmədinejad və Həsən Ruhani hər ikisi əslən Simnan əyalətindəndirlər və buna görə də, onlar Xəzər dənizindən oraya kanal çəkilməsini dəstəkləyən əsas siyasətçilərdəndirlər. Lakin onların hər ikisi Urmiya gölünün qurumasının qarşısını almaq üçün Xəzərdən gölə su axıtmaq üçün oxşar layihənin icrasına qarşı çıxırlar.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar