SON XƏBƏRLƏR

Xocalı faciəsi beynəlxalq səviyyədə soyqırımı kimi tanınıb

2021.10.20, 07:36
Xocalı faciəsi beynəlxalq səviyyədə soyqırımı kimi tanınıb

Gunaz.tv

GünAz TV: 51 ölkənin parlament nümayəndələri bununla bağlı müvafiq qətnamə qəbul edib.

İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament İttifaqının İndoneziyada keçirilən 7-ci sessiyası (cələsə) başa çatıb. Sessiyada “Azərbaycana qarşı Ermənistanın təcavüzü” adlı ənənəvi qəbul edilən qətnaməyə İslam Konfransı Gənclər Forumunun təşəbbüsü ilə xüsusi bir bənd əlavə olunub. Xocalı faciəsinə həsr edilən paraqrafda üzv ölkələrin parlamentləri bu ildən etibarən 1992-ci il fevralın (February) 26-da Ermənistan Silahlı Qüvvələri tərəfindən dinc azərbaycanlı əhaliyə qarşı həyata keçirilən və soyqırımı xarakteri (mahiyyəti) daşıyan kütləvi qırğını müvafiq şəkildə tanımağa çağırılır və Xocalı qırğınını törədənləri məsuliyyətə cəlb etmək tələb olunur. İslam Konfransı Gənclər Forumunun baş katibi, səfir Elşad İsgəndərov bildirib ki, Xocalı faciəsi beynəlxalq səviyyədə soyqırımı kimi tanınıb və 51 ölkənin parlament nümayəndələri bununla bağlı müvafiq qətnamə qəbul edib. Faciənin mənəvi və siyasi-hüquqi tanınmasına yönələn “Xocalıya Ədalət” kampaniyası hazırda dünyanın 35-dən çox ölkəsində uğurla həyata keçirilir. İTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar