SON XƏBƏRLƏR

Xocalı sakinləri Avropa Məhkəməsinə müraciət edəcəklər

2021.10.20, 07:36
Xocalı sakinləri Avropa Məhkəməsinə müraciət edəcəklər

Gunaz.tv
article_1213709778.gif “Xocalı sakinləri Avropa Məhkəməsinə müraciət edəcəklər” Son iki ildə 2000-dən çox Xocalı sakini Baş Prokurorluğun, Milli Təhlükəsizlik Nazirliyinin və Daxili İşlər Nazirliyinin birgə istintaq-əməliyyat qrupuna yenidən çağırılıb və ifadə verib. Bu barədəməlumat verən Xocalı şəhər İcra Hakimiyyətinin keçmiş başçısı, Azərbaycan Milli Məclisinin deputatı Elman Məmmədov özünün də istintaqa ifadə verdiyini bildirib: “İstintaqa çağırılan Xocalı sakinləri ifadələrində bildiriblər ki, soyqırımı Ermənistanın və separatçı qurumun rəhbərliyində olan şəxslər həyata keçiriblər. İfadələrdə Ermənistanın sabiq prezidenti Robert Köçəryan, ölkənin indiki prezidenti Serj Sərkisyan, qondarma rejimin sabiq başçısı Arkadi Qukasyan, Xankəndidə yerləşən Rusiya Silahlı Qüvvələrinə aid olan 366-cı alayın 6-cı batalyonunun komandiri, Ermənistanın müdafiə naziri Seyran Ohanyanın adları xüsusi vurğulanıb. Əsir və girovluqda olan Xocalı sakinlərinin bəziləri adıçəkilən ermənilər tərəfindən şəxsən işgəncəyə və təhqirə məruz qalıblar. Bütün materiallar toplanandan sonra beynəlxalq təşkilatlara və İnsan Haqları üzrə Avropa Məhkəməsinə müraciət göndəriləcək”. //APA qaynar

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar