SON XƏBƏRLƏR

Xocalı soyqırımının tanıdılması problemi

2021.10.20, 07:36
Xocalı soyqırımının tanıdılması problemi

Gunaz.tv
Xocalı soyqırımının tanıdılması problemi aydinagayev.jpg Aydın Ağayev: "Bu, yerindən tərpədiləcək ağır bir daşdır, biz bu daşı yerindən tərpətməyə yaxınıq, amma hələ onu tərpədə bilməmişik" Bu ayın əvvəlində 26 fevralın Xocalı Soyqırımını Anma Günü olaraq qəbul edilməsi haqqında qanun layihəsi izahıyla birlikdə Türkiyə Böyük Millət Məclisi başqanlığına təqdim olunub. İzahatda yazılır ki, Qarabağ savaşı sırasında, 25 fevral 1992-ci il tarixdə Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki Xocalı şəhərində tarixi müttəfiqləri rusların 366-cı piyada alayından dəstək alan ermənilər azərbaycanlılara qarşı soyqırım törədiblər. Ermənilər Xocalının giriş və çıxış yollarını qapadıb azərbaycanlı mülki şəxsləri 25 fevral gecəsi qətliama məruz qoyublar. Ermənilər silahsız mülki əhalini- uşaq, qadın, qoca və gənc ayrı-seçkiliyi qoymadan qətlə yetiriblər. Ramiz Mikayıloğlu Rəsmi məlumatlara görə o gecə 613 insan qətl olunub. 83 uşaq, 106 qadın qəddarlıqla, işgəncələrlə öldürülüb. Bundan başqa, 487 nəfər ağır yaralanıb, 1275 nəfər əsir götürülüb, qalan əhali çətinliklə yalnız canını qurtara bilib. 26 uşaq tamamən və 130 uşaq isə qismən yetim qalıb. Ermənilər şəhidləri xüsusi qaniçənliklə, gözlərini oyaraq, başlarının dərisini soyaraq və bədənlərinin müxtəlif orqanlarını kesərək öldürüb. Kiçik uşaqların gözləri oyulub, hamilə qadınların qarınları yırtılıb və insanlar diri-diri torpağa basdırılıb. Hətta şəhidlərin bir çoxunun cəsədləri yandırılıb. Birləşmiş Millətlər Təşkilatının 1948-ci il tarixli "Soyqırımın Qarşısının Alınması və Cəzalandırılması Konvensiyası"na görə soyqırım, "irq, siyasi görüş, din, sosial durum, ya da başqa hər hansı bir fərqli özəllikləri ilə digərlərindən ayırd edilən bir topluluq və ya topluluqların üzvlərinin məhv edənlərin maraqları baxımından önəmli sayda və sistemli şəkildə yox edilmələridir. Beynəlxalq Cəza Məhkəməsinin Roma statusunun 6-cı maddəsinə görə soyqırım bir millətin, etnik, dini bir qrupun və ya bir irqin hamısının və ya bir bölümünü yox etmək məqsədilə həyata keçirilən davranışlardır. Roma statusunda yer alan bu hökm 2004-cü ildə çıxarılan 5234 saylı "Türk Cəza Qanun"un "beynəlxalq cinayətlər" başlığı altındakı 76-cı maddəsində eyni şəkildə yer alıb və Türk Hüquq Sistemində əksini tapıb. Azərbaycan Milli Məclisi 1994-cü ildə Xocalıda yaşanan qətliamı "soyqırım" olaraq qəbul edib. Avropa Şurası Parlament Assambleyasınını üzvləri olan Albaniya, Azərbaycan, Böyük Britaniya, Bolqarıstan, Lüksemburq, Makedoniya, Norveç və Türkiyənin yayımladığı 324 saylı Avropa Şurasının qətnaməsində "Ermənilər bütün xocalıları qətlə yetirdilər, bütün şəhəri dağıtdılar" ifadəsi keçib. İzahatda vurğulanır ki, göstərilən səbəblər qanun təklifinin vacib olduğunun göstərir. Məsələylə bağlı fikirlərini öyrəndiyimiz Milli Məclisin Analitik İnformasiya şöbəsinin rəhbəri Aydın Ağayev deyir ki, Xocalı faciəsinin beynəlxalq aləmdə tanınması üçün hansı hüquqi bazaya malik olmamız önəmlidir. Aydın Ağayev hüquqi bazanı təşkil edən sənədlərin hamısını nəzərdə keçirib. Ölkədə qanunvericilik mənasında bu faciənin beynəlxalq aləmdə tanıdılması və soyqırım aktı kimi qəbul olunması üçün baza mövcuddur. Amma bu baza kifayət deyil. Bunun səbəbi qanunvericilik sənədlərinin, faciənin mahiyyəti barədə siyasi sənədlərin, ortaya qoyulacaq fəaliyyətin əlaqələndirilməsiylə bağlıdır: "Başqa sözlə, konkret olaraq, bütün bunların əsasında beynəlxalq təcrübəyə əsaslanaraq, yəni XIX, XX, XXI əsrdə baş vermiş bu tipli hadisələrin dünya ictimaiyyəti, ayrı-ayrı ölkələrin tanıması mexanizmini yaratmaq üçün hansı praktiki işlər görmək, addımlar atmaq lazımdır? Bu istiqamətdə görülən işləri yetərli, yaxud qaneedici saymaq olmaz". Onun sözlərinə görə, bu elə bir hadisə deyil ki, ildönümlərində bir neçə gün bu hadisə barədə danışıb sonra susmaqla nəyəsə nail olaq. Milli Məclisin Analitik İnformasiya şöbəsinin müdiri nəzərə çatdırdı ki, beynəlxalq aləmdə praktiki işlərin görülməsini nəzərdə tutan mexanizm də artıq Azərbaycanda var. Praktiki işləri də görmək üçün dövlət başçısının qəbul etdiyi müvafiq sənədlə hərbi prokurorun müavini məsələnin istintaqıyla məşğul olur. Sadəcə, kifayət qədər güclü, hüquqi-siyasi bazayla faktiki işlərin görülməsini əlaqələndirmək mənasında işlər görülməlidir. Aydın Ağayev dedi ki, məsələyə iki yanaşma ola bilər. Bir yanaşma odur ki, bu faciəni doğrudan da soyqırım aktı kimi tanıtmaq üçün buna qədər dünya təcrübəsindəki hadisələrin hansı yolla tanıdılması, qəbul etdirilməsi mexanizmini öyrənmək lazmdır. Bu sahənin mütəxəssisləriylə görüşmək, işləmək gərəkdir. Yəni malik olduğumuz bazanı təqdim etməklə sırf soyqırım üzrə tanınmış beynəlxaq mütəxəssislərin məsləhətlərinə, onlarla birlikdə işləməyə çox böyük ehtiyac var. Digər tərəfdən, regionda bizə yaxın ölkələrdə obyektiv sənədlərin qəbulu nə qədər çox olsaydı, bu, bizim əsas məqsədə çatmaq üçün malik olacağımız hazırlıq fonunun yaradılması baxımından çox böyük əhəmiyyət daşıyardı. Bu baxımdan TBMM-də bu istiqamətdə hansısa qanun layihəsinin müzakirə olunacağı xəbərinə müsbət yanaşmaq lazımdır. Hər il fevralın 26-da Xocalı soyqırımı qurbanlarının anım gününün keçirilməsi çox mühümdür. Torpaqlarımızı işğal edərək mülki əhalimizi kütləvi soyqırıma məruz qoymuş ermənilər hər belə faktın beynəlxalq aləmdə səslənməsini qətiyyən istəmir, arzulamırlar. Çünki bu, münaqişənin əsl mahiyyətinin, xarakterinin açılmasına xidmət edir: "Dəqiq bilmirəm ki, sənəd hansı məzmunda olacaq, necə qəbul olunacaq, amma hətta anım günü barədə sənədin qəbul olunmasını belə yalnız müsbət qarşılamaq lazımdır". Milli Məclisin Analitik İnformasiya şöbəsinin müdiri bildirdi ki, müstəqillik, ərazi bütövlüyümüzü qorumaq uğrunda apardığımız mübarizədə xalqımıza qarşı törədilmiş bu cinayəti dünya ictimaiyyətinin qəbul edilməsi üçün işlərin görülməsini çox konkret proqram əsasında həyata keçirmək lazımdır: "Bir daha bəyanlayıram ki, ölkədə belə bir proqram var. Proqramda regionda, beynəlxalq təşktlatlarında, Qərbdə, müsəlman Şərqində necə işləmək lazımdır, Avropanın, Amerikanın ən nüfuzlu media vasitələrlə bu sahə üzrə mütəxəssislərlə əlaqə qurmaq, işləmək formaları göstərilib. Yəni nəzəri məsələlər işlənib. Digər tərəfdən, əvvəlki illərlə müqayisədə diaspor qurumlarımızın da bu işə fəal girişməsi, tədbirlərin keçirilməsi də müsbət qarşılanmalıdır. Ümid etmək istərdim ki, bu, artıq daamlı xarakter alacaq. Amma bu elə hadisədir, bunun üçün 10,20, bəlkə də 30 il çalışmaq, hər gün bu istiqamətdə iş görmək lazımdır. Bu, yerindən tərpədiləcək ağır bir daşdır. Biz təxminən bu daşı yerindən tərpətməyə yaxınıq, amma hələ onu tərpədə bilməmişik. Həmin məsələni bir an da unutmaq olmaz. Bu, tək bir dövlət qurumunun, bir təşkilatın işi olmamalıdır. Bütün dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının, bütün Azərbaycanın işi olmalıdır. O halda müsbət nəticəyə ümid edə bilərik". xalqcebhesi

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar