SON XƏBƏRLƏR

Xuzistan əyaləti koronavirusun kəskin yayılması səbəbindən 1 həftəlik karantinə alına bilər

2021.10.20, 07:36
Xuzistan əyaləti koronavirusun kəskin yayılması səbəbindən 1 həftəlik karantinə alına bilər

Gunaz.tv

GünAz TV: Əhvazın Condişahur Tibb Elmləri Universiteti Xuzistanda koronavirusun daha da yayılmağa doğru getməsinə görə, əyalətin 1 həftə müddətinə karantinə alınma ehtimalı olduğu barədə məlumat yayıb.

 

İnstitutun sözçüsü Əli Ehsanpur ötən gün etdiyi çıxışda qeyd edib ki, əyalətin Koronavirusla Mübarizə üzrə Qərargahının xəstəliyin Xuzistanda kəskin yayılmasına dair görüşü keçirilib. Görüş zamanı gələn günlərdə infeksiyanın yayılmasının daha da sürətlənəcəyi xüsusunda proqnozlar nəzərə alınaraq, qabaqlayıcı tədbir kimi daha ciddi məhdudiyyətlərin qəbul edilməsi təklif edilib.

 

O, sonda əlavə edib ki, hazırda Xuzistan əyalətinin xəstəxanalarında 402 nəfər koronavirus diaqnozu ilə müalicə alır. Bu günə qədər isə virusa yoluxmuş 2311 nəfər tam sağalaraq evə buraxılıb.

 

Eyni zamanda, Buşehrin Koronavirusla Mübarizə üzrə Qərargahının rəhbəri Səid Kəşmiri də əyalət ərazisində infeksiyaya yoluxanların sayının sürətlə artıdığını bəyan edib.

 

Onun dediklərinə əsasən, mayın 1-nə qədər əyalət ərazisində 257 nəfərdə koronavirus aşkarlanıb. Onlardan kəskin tənəffüs çatışmazlığı əlamətləri olan 58 nəfərinin vəziyyəti ağırdır.

 

Qeyd etmək lazımdır ki, real rəqəmlər İran rejiminin məsulları tərəfindən təqdim edilən statistikalardan dəfələrlə çoxdur.

 

Ə.A

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar