SON XƏBƏRLƏR

Aygün Əliyeva: QHT-lərin Laçına səfəri təşkil olunacaq

2022.08.27, 05:00
Aygün Əliyeva: QHT-lərin Laçına səfəri təşkil olunacaq

Gunaz.tv

Bu barədə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva jurnalistlərə açıqlamasında məlumat verib.

Onun sözlərinə görə, belə ərazilərdə yeni QHT-lərin yaradılması, vətəndaşların ictimai fəallığının göstərməsi, insanların ictimai iştirakü s olarsa baxılacaq.

"Bu gün səhər saatlarından Laçının Azərbaycan Ordusunun nəzarəti altına keçməsi xəbərindən sonra bir çox vətəndaş cəmiyyəti ölkə başçısına təşəkkür etmək üçün müraciət etdi. Biz də onlara şərait yaratdıq ki, təşəkkürlərini məhz ofisimizdə keçirilən toplantıda bildirsinlər. 

Biz mübaliğəsiz deyə bilərik ki, son 200 ildə Azərbaycan öz tarixinin ən şanlı səhifələrini bu qələbələrdən sonra yaşayıb. Artıq azad edilmiş ərazilərdə abadlıq quruculuq işləri həyata keçirilir. 

Biz də vətəndaş cəmiyyəti təsisatı olaraq bu işlərə öz töhfəmizi vermək fikrindəyik", - A.Əliyeva bildirib (qht.az)

Ayxan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar