SON XƏBƏRLƏR

Yunanıstan: “İran gəmisinə kömək etməklə, Amerika ilə münasibətlərimizi təhlükəyə ata bilmərik”

2021.10.20, 07:36
Yunanıstan: “İran gəmisinə kömək etməklə, Amerika ilə münasibətlərimizi təhlükəyə ata bilmərik”

Gunaz.tv

GünAz TV: Yunanıstanın xarici işlər nazirinin müavini Miltiadis Varvitsiotis ANT1 televiziyası ilə müsahibəsi zamanı bildirib ki, ölkəsi İranın Cəbəli-Tariq tərəfindən azad edilmiş gəmisi səbəbindən Amerika Birləşmiş Ştatlarıyla olan münasibətlərini təhlükəyə ata bilməz.

 

Diplomat Amerika tərəfinin onlara həmin gəminin sanksiya tətbiq edilmiş qurumla əlaqələrinin olduğunu dediyini bildirib.

 

O, həmin qurumun adını çəkməsə də, lakin aydındır ki, Amerika aprel ayında terror təşkilatları siyahısına saldığı və sanksiya tətbiq etdiyi “Sepah”ı nəzərdə tutur.

 

Miltiadis Varvitsiotis sonda qeyd edib ki, bu tanker ola bilər Yunanıstan sularına daxil olsun və ya öz yolunu dəyişsin. Buna görə də, Yunanıtan tankerin öz trayektoriyasını dəqiq müəyyən edəndən sonra bu məsələyə öz rəsmi münasibətini bildirəcək.

 

Xatırladaq ki, keçmiş adı “Grace 1” olan və indi “Adriyan Dərya” adlandırılan İran məxsus tanker 45 gün Cəbəli-Tariqdə saxlandıqdan sonra avqustun 18-də buraxılıb. Verilən məlumatlara görə, gəmi hazırda Yunanıstanın Kalamata limanına doğru hərəkət edir və avqustun 26-na qədər ora çatacaq.

 

Tankerin Kalamatada lövbər salacağı elan edilsə də, Yunanıstan bildirir ki, hələ ki, bu xüsusda İran onlara müraciət edən olmayıb. Bundan əlavə, sözügedən gəminin ölçüləri limandan böyük olduğundan, onun oraya daxil olması mümkün deyil.

 

Qeyd etmək lazımdır ki, adətən gəmilər limana yaxınlaşmazdan 48 öncə orada lövbər salmaq üçün aid olduğu ölkəyə müraciət edirlər.

 

“Grace 1” iyulun əvvəllərində Britaniya Hərbi Dəniz Qüvvələri və Cəbəli-Tariq rəsmiləri tərəfindən saxlanılmışdı. Rəsmi London tankerin Suriya istiqamətində neft daşımaqla, Avropa İttifaqının Əsəd rejiminə qarşı tətbiq etdiyi sanksiyaları pozduğuna görə saxlandığını bəyan etmişdi.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar