SON XƏBƏRLƏR

Yuşşenko Bakıdadır

2021.10.20, 07:36
Yuşşenko Bakıdadır

Gunaz.tv
Yuşşenko Bakıdadır article_1214824037.gif Ukrayna prezidenti Viktor Yuşşenkonun Azərbaycana bir günlük işgüzar səfəri başlayıb. Hazırda Azərbaycan və Ukrayna prezidentləri arasında təkbətək görüşü keçirilir. Danışıqlar daha sonra nümayəndə heyətlərinin iştirakı ilə davam etdiriləcək. Səfər zamanı hər hansı sənədin imzalanması nəzərdə tutulmur. Danışıqlar başa çatdıqdan sonra prezidentlərin iştirakı ilə Bakıdakı “Dostluq” kinoteatrının qarşısında Ukrayna şairi Taras Şevçenkonun abidəsinin açılışı olacaq. V. Yuşşenko Bakının Nobel qardaşları prospektində 0,85 hektar ərazidə Ukrayna səfirliyinin və səfirliyin əməkdaşları üçün yaşayış binalarının inşa ediləcəyi yerə baxış keçirəcək. Axşam saatlarında isə Yaşıl Teatrda V. Yuşşenkonun iştirakı ilə “Azərbaycanda Ukrayna Mədəniyyət Günləri”nin rəsmi açılış mərasimi olacaq. Tədbirdə Ukrayna incəsənət ustalarının konserti keçiriləcək. Ukrayna prezidenti GUAM-ın 3-cü sammitində iştirak etmək üçün sabah Bakıdan Batumiyə gedəcək. //APA

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar