GUNAZ.TV
GÜNEY AZƏRBAYCANIN AZADLIQ SƏSİ
İrana qarşı birlik qurulur
Şərqi Azərbaycanda enerji qıtlığı yaşanır
Prezident İlham Əliyev: Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk
Azərbaycan Prezidenti: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb
Prezident İlham Əliyev: Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var
Prezident: Təbii qaz təchizatçısı olan Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı da olacaq
Terror qruplaşması Azərbaycana qarşı tədbir keçirib
Şolts enerji təchizatı sabitliyinə töhfəsinə görə Azərbaycana təşəkkür edib
İsrail Hizbullahın obyektlərinə zərbələr endirməyə davam edir
Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim edilib
ABŞ təşkilatları Ermənistanda yeni AES-in tikintisi ilə bağlı tədqiqatlarda iştirak edir
Ukrayna daha 140 hərbçisinin meyitini geri qaytarıb
Mollalar hicaba riayət etməyənlərə qarşı dolayı müahribə elan ediblər
Kirmanda sosial media fəalları həbs edilib
Tarixi qala baxımsız qalıb
ABŞ İranın əleyhinə yeni sanksiyalar tətbiq edib
Kərəc və Saqqız şəhərlərində 4 məhkum edam edilib
Rəsmi İrəvan: Ermənistan və Azərbaycan XİN rəhbərlərinin Qazaxıstandakı görüşünün tarixi razılaşdırılır
KİV: İspaniya Ukraynaya “Patriot” raketləri göndərəcək
Məhbus aktivistlər məzuniyyət hüquqları ilə təmin olunmurlar
Təbrizli körpəyə türk adına görə sənəd verilmir
Milli fəal Cəbrayıl Pakruh məhkəməyə çağırıldı
ABŞ, Britaniya və Kanada İrana qarşı sanksiya tətbiq etdi
Dünya ölkələri girovlarla bağlı HƏMAS-a müraciət etdi
SON DƏQİQƏ: Avropa Parlamenti İran əleyhinə qətnamə qəbul edib
Azərbaycan və Özbəkistan kosmik sahədə əməkdaşlıq edəcək
İşğaldan azad edilmiş Malıbəyli kəndində 6 nəfərə aid qalıqlar aşkarlanıb
İranla Rusiya təhlükəsizlik anlaşması imzalayıblar
Avropa Parlamenti uyğurları dəstəkləyən qərar çıxarıb
Simonyan: Ermənistan Azərbaycandan qaz almağa hazırdır
Azərbaycanlı müəllim həbsxanaya köçürüldü
İranın 11 əyalətində daşqınlar; 1 bənd dağılıb
Ermənilər Tehranda soyqırım tədbiri keçiriblər
İsaril Hizbullahın 40 məntəqəsini məhv edib!
Ermənistan Təbrizdə konsulluq açacağını təsdiqlədi
Türkiyədə 23 İŞİD üzvü saxlanılıb
Xanada silah-sursat aşkar edilib
Təbrizdə qadın azarkeşlərin stadiona girişinə qadağa qoyulub
Azərbaycan Ordusunda MN rəhbərliyinin iştirakı ilə komanda-qərargah təlimləri keçirilir
Ağ Ev Ukraynanın ərazi itkilərinin səbəbini açıqlayıb
KİV: Çin Şimali Koreyadan Rusiyaya silah daşınmasına yardım edir
İran məhkəməsi tanınmış reperi edama məhkum etdi
SEPAH-a üzvlükdə şübhəli bilinən şəxs həbsə məhkum olunub
Laçın-Şuşa-Xankəndi yolunda ekofəalların təşkil etdiyi etiraz aksiyasını BMT Təhlükəsizlik Şurasının müzakirəsinə çıxaran Ermənistan Azərbaycanı Qarabağ ermənilərinə qarşı “humanitar fəlakət” yaratmaqda ittiham edir.
Rəsmi İrəvan iddia edir ki, Azərbaycan yolu bağlamaqla 2020-ci il 10 noyabr Bəyanatını pozub. İclada çıxış edən müxtəlif ölkələrin diplomatları da problemin həlli yolu kimi tərəfləri 10 noyabr Bəyanatında əksini tapmış öhdəlikləri yerinə yetirməyə çağırıb.
Amma bu ölkələrdən heç biri sözügedən sənədin imzalanmasından 2 ildən artıq vaxt keçməsinə baxmayaraq, Ermənistanın Zəngəzur dəhlizini açmadığını dilə gətirməyib.
Halbuki, 10 noyabr Bəyanatının 9-cu bəndini pozan məhz Ermənistandır. Həmin bəndə Ermənistan Azərbaycanın qərb hissəsi ilə Naxçıvan MR arasında nəqliyyat vasitələrinin, vətəndaşların və yüklərin maneəsiz hərəkətini təmin etmək barədə öhdəlik götürüb.
Ancaq 25 ay ötməsinə baxmayaraq, Ermənistan indiyə qədər bu yolun açılmasına açıq şəkildə icazə verməməklə, həm də maneə yaradıb.
Ona görə də Azərbaycanın da bu məsələni BMT Təhlükəsizlik Şurasının müzakirəsinə çıxarmaq hüququ var.
Politoloq Əziz Əlibəyli Cebhe.info-ya açıqlamasında bildirib ki, Ermənistanın bütün səylərinə baxmayaraq, Azərbaycana qarşı beynəlxalq təzyiq göstərilməyəcək. Avropanın enerji təhlükəsizliyi sistemində Azərbaycana ehtiyacın artması Ermənistanın yaratdığı kampaniyanı neytrallaşdıracaq.
“Ermənistanın törətdiyi cinayətlərlə bağlı Azərbaycanın BMT-dəki daimi nümayəndəsinin çıxışı vardı. Orada konkret olaraq, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə istinad edilir. Bundan başqa, hərbi cinayətlərlə bağlı Azərbaycan Avropa İnsan Haqları Məhkəməsinə müraciət edib.
Bununla da Azərbaycan Ermənistanın cinayətlərini sübut edib.
Ona görə də Ermənistan gələcəkdə atılacaq addımlara qarşı presedent yaratmağa çalışır. İkinci məqsəd Azərbaycana qarşı olan mövqeləri arqument kimi genişləndirməkdir.
Beynəlxalq hüququn və beynəlxalq təşkilatların böhranlı vəziyyətində Azərbaycanın Zəngəzur dəhlizi məsələsini BMT Təhlükəsizlik Şurasında müzakirəyə çıxarmasının fayda verəcəyini düşünmürəm.
Beynəlxalq münasibətlər sistemində güc amilinin həlledici vasitə olduğunu düşünürəm. Onu da nəzərə almaq lazımdır ki, bizim Ermənistanla münasibətlərimizə aydınlıq gətirəcəyimiz beynəlxalq platforma BMT deyil. Ümumiyyətlə, BMT bu prosesdə həlledici mərkəz funksiyasını oynamır.
Çünki məqsəd fərqlidir. Ermənistanın niyyəti Azərbaycan üzərindən, Laçın-Şuşa-Xankəndi yolu məsələsini gündəmə gətirməklə Qərb ölkələrindəki səfirlikləri və lobbisi vasitəsilə Rusiyanın bölgədə humanitar fəlakət yaradan imicini qabartmaqdır.
Ermənistan istəyir ki, Qərbin gücləi bölgəyə qayıtsın və regionda qalmaq imkanı əldə etsin. Bu yolla da Rusiyanın bölgədə mövcudluğunu ciddi şəkildə məhdudlaşdıra bilsinlər. Yəni Ermənistanın əsas məqsədi Ukrayna cəbhəsinin ikinci mərhələsini açmaqdır.
Ona görə də bu məsələni BMT-yə daşıyıb. Bu mənada Azərbaycan iki gediş etməlidir. Ya 10 noyabr Bəyanatındakı öhdəliklərin yerinə yetirilməməsini BMT-də müzakirəyə çıxartmalıdır. Ancaq hamı bilir ki, bu prosesdə həlledici amil Ermənistan deyil, Rusiyadır.
Bu mənada, gərək Azərbaycan Rusiyanın əleyhinə formalaşcaq proseslərə dəstək versin. Bu isə bizim strateji maraqlarımıza ziddir.
İkincisi, Rusiya bölgədə qalmaq istəyir. Böyük Britaniyanın Məxfi Kəşfiyyat Xidmətinin rəhbəri Riçard Murun İrəvana səfərinə paralel olaraq Britaniya şirkəti Qarabağda qanunsuz fəaliyyət göstərən şirkətləri beynəlxalq məhkəməyə vermək niyyətini açıqladı.
Bunların təhlili və Britaniya nümayndəsinin BMT-dəki çıxışını bu cür oxumaq lazımdır. “Mİ-6” rəhbəri Ermənistana səfəri zamanı Nikol Paşinyanla müəyyən razılıq əldə edib.
Bu, qızıl yataqları ilə yanaşı, Ermənistanın Ukrayna müharibəsinə münasibətdə hansısa addım atması ilə nəticələnə bilər. Yəni Rusiyanın başını qatmağa yönəlik hansısa addım atmağa razılaşıblar. Söhbət Britaniyanın Ermənistanı öz tərəfinə çəkməsindən gedir”.
Əziz Əlibəyli hesab edir ki, 10 noyabr Bəyanatının 9-cu bəndinin icrası məsələləri öncə Avropa İttifaqı və ATƏT-də müzakirəyə çıxarılmalıdır:
"Lakin sənədin tələblərinin əməl edilməsi istiqamətində birbaşa addım atmalı olan tərəf Rusiyadır. İndiki mərhələd isə biz bunu BMT-də müzakirəyə çıxarıb qloballaşdırmağa ehtiyac olmadan “yumşaq güc” diplomatiyasından istifadə etməklə öz məqsədimizə yaxınlaşırıq”.
Ekspertin sözlərinə görə, Ermənistan beynəlxalq səviyyədə Azərbaycana qarşı təzyiq göstərməyə çalışsa da, buna nail ola bilmədi:
"Ona görə də Azərbaycanın “Ekoloji terrora son!” tələbi ilə keçirdiyi aksiyanı dayandıracağı inandırcı görünmür. ABŞ və İrlandiya birbaşa Azərbaycana mürciət etdi. Yəni Ermənistana çağırış edilmədi.
Digər ölkələr tərəflərə humanitar böhranın yaranmaması üçün ortaq məxrəcə gəlinməsi istiqamətində paralel müraciət etdilər.
Onu da nəzərə almaq lazımdır ki, BMT Təhlükəsizlik Şurasındakı iclasa Hindistan rəhbərlik edib. Amma bu amillərin ciddi təsir göstərəcəyinə inanmıram. Təzyiq addımların atılması, sanksiyaların tətbiqi və onun icrasını nəzərdə tutur. Biz bundan çox uzaqdayıq.
Azərbaycan üçün təhlükə erməni lobbisinin ələ aldığı konkret nüfuz qruplarıdır, dünya qızıl və brilliant sənayesidir, “Hollivud”dur, “Kaan” film festivalıdır, beynəlxlaq moda sənayesidir, onların ölkəmizə qarşı səfərbər olunmasıdır. Ermənistan rəsmiləri BMT-dəki iclasa ümidlə yanaşır.
Amma Ermənistanın nə isə əldə etməsi üçün ilkin təzahürlər belə görünmür.
Avropa Komissiyasının Prezidenti Ursula von der Leyenin Azərbaycan Prezidenti ilə görüşü, Prezident İlham Əliyevin Rumıniyaya, Serbiya Prezidenti Vuçiçin isə Bakıya səfərləri göstərdi ki, Avropanın enerji təhlükəsizliyin təmin edilməsi Ermənistanın səsinin eşidilməsindən daha vacib məsələdir.
Bu təsir qruplarının müqayisəsində Azərbaycan kifayət qədər rentabelli görünür. Ona görə də BMT-də aparılan müzakirələrin Azərbaycana təsir göstərəcəyini, yaxud Ermənistana nə isə qazandıracağını düşünmürəm”. (cebhe.info)
Ayxan
Terror qruplaşması Azərbaycana qarşı tədbir keçirib
Tarixi qala baxımsız qalıb
Təbrizli körpəyə türk adına görə sənəd verilmir
Simonyan: Ermənistan Azərbaycandan qaz almağa hazırdır
Ermənilər Tehranda soyqırım tədbiri keçiriblər
Təbrizdə qadın azarkeşlərin stadiona girişinə qadağa qoyulub
KİV: Çin Şimali Koreyadan Rusiyaya silah daşınmasına yardım edir
HƏMAS mülki sığınacaqlardan raket atır
Qırğızıstan Ağdamda məktəb binası inşa edəcək
Prezident İlham Əliyev tanınmış güneyli alim Şapur Ənsariyə medal verdi
İsrail İranın S-300 raketlərini məhv edib!
Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb
Türkiyə Prezidenti Ermənistana xəbərdarlıq edib: Fürsət qapıları həmişə açıq qalmır
Azərbaycan türkcəsindəki mətnləri "Onlayn" tərcümə edən proqram təqdim olunub
İranda məcburi hicab qaydaları növbəti dəfə sərtləşdirilir
ABŞ Dövlət Departamenti İranda insan haqları ilə bağlı illik hesabatını yaydı
Krım türklərinin Tərcüman adlı televiziyası fəaliyyətə başlayıb
Təbrizdə Urmu gölü ilə bağlı posterlər yayıldı
"Bosniyada müsəlmanlara qarşı törədilənlər soyqırımı olmayıb" İranın səfiri
2 il ərzində ölkənin yoxsul təbəqəsinin sayı 8 milyon nəfər artıb
Dörd azərbaycanlı fəalın dindirmə iclası keçirilib
İsrailin hücumu mesaj idi: Biz daha pisini də edə bilərdik
İsrail niyə İsfahanı hədəf aldı?
Güneyli aktivist məzuniyyətə göndərilib
Azərbaycan sərhədçiləri İrandan narkotik keçirilməsinin qarşısını alıb
İran yenədə "Şirin quyruğu"ndan danışdı
İsrail İrana hava zərbələri endirib
Azərbaycanın növbəti uğuru- Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
G7 İranı hədələdi: Rusiyaya silah vermə...
İsrail Suriyanın şimalını bombalayıb
Paşinyan: Ermənistan və Azərbaycan ilk dəfə problemi masa arxasında həll edib
İsrailin zərbəsi ilə bağlı ilkin DETALLAR!
Təbrizdə güclü partlayış səsləri eşidilib
Qəzvində sosial media fəalları həbs edilib
"Bosniyada müsəlmanlara qarşı törədilənlər soyqırımı olmayıb" İranın səfiri
İran rejimi xeyrinə casusluqda şübhəli bilinən şəxs həbs edildi
Prezident İlham Əliyev tanınmış güneyli alim Şapur Ənsariyə medal verdi
Krım türklərinin Tərcüman adlı televiziyası fəaliyyətə başlayıb