SON XƏBƏRLƏR

Azərbaycan və Özbəkistan iqtisadi islahatlar üzrə əməkdaşlıq edəcək

2021.10.28, 08:46
Azərbaycan və Özbəkistan iqtisadi islahatlar üzrə əməkdaşlıq edəcək

Gunaz.tv

Memarandumu İİTKM-nın icraçı direktoru Vüsal Qasımlı və CERR-in rəhbəri Obid Hakimov imzalayıblar.

Sənəddə birgə tədqiqat və təhlillərin aparılması, seminar və tədbirlərin təşkil edilməsi, təqaüd proqramlarının araşdırılması və qarşılıqlı faydalı layihələrin həyata keçirilməsi nəzərdə tutulur.

Xatırladaq ki, CERR-in rəhbəri Obid Hakimovun rəhbərliyi altında nümayəndə heyətinin Prezident Administrasiyası, Milli Məclis və müxtəlif qurumlarına görüşləri təşkil edilib. 

Özbəkistan nümayəndə heyətinin Azərbaycana səfərinin məqsədi ölkədə aparılan uğurlu iqtisadi islahatların inkişaf modelinin öyrənilməsidir. (report.az)

Ayxan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar