Səfər zamanı Azərbaycan əsilli fransalı fotojurnalist Rza Diqqəti səyyahlara Ağdamda çəkdiyi şəkilləri nümayiş etdirib.
“Buradan 15 mil aralıda Xocalı şəhəri var. Fevralın 26-da - Birinci Qarabağ müharibəsi zamanı ermənilər bu şəhərə daxil olaraq qadınları, uşaqları, qocaları qətlə yetiriblər”, - o, deyib.
Diqqəti qeyd edib ki, Xocalıda qış çox sərt olub, havanın temperaturu -10 dərəcəyə çatıb və bu səbəbdən meşəyə qaçan bir çox Xocalı sakini soyuqdan ölüb.
O, həmçinin şahidi olduğu hadisələrdən də danışıb.
Ayxan