SON XƏBƏRLƏR

Zəncanda azərbaycanlı şagirdlər arasında türk dilində kitablar paylanılıb – GÖRÜNTÜ

2021.10.20, 07:36
Zəncanda azərbaycanlı şagirdlər arasında türk dilində kitablar paylanılıb – GÖRÜNTÜ

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanda təhsil müəssisələrinin açılış günü ərəfəsində başlayan mədəni tədbirlər müxtəlif şəhərlərdə davam etdirilir.

 

Oktyabrın 6-da zəncanlı fəallar digər şəhərlərdə olduğu kimi, məktəblilərin olduğu yerlərdə və məktəblərin girişində duraraq şagirdlərə türk dilində kitablar hədiyyə ediblər.

 

Fəallar kitab paylamaqla yanaşı uşaqlar və ətrafdakı digər soydaşlarımıza ana dilində təhsilin əhəmiyyəti və İranda Azərbaycan türk millətinin milli kimliyi və ədəbiyyatına qarşı təzyiqləri şərh ediblər.

 

“Hər şagird üçün türk dilində bir kitab” kampaniyası təhsil müəssisələrinin açılışı günündən Güney Azərbaycan şəhərlərində başlayıb, kampaniya Ərdəbil və Meşginşəhr şəhərlərində daha geniş şəkildə həyata keçirilib.

 

Fəalların kitab paylama kampaniyası şagirdlər və onların valdeynləri tərəfindən böyük rəğbətlə qarşılanıb.

 

Güney Azərbaycanda yeni dərs ili, Beynəlxalq Ana Dili Günü və Novruz bayramı günlərində bir çox mədəni tədbir, o cümlədən kitab paylama kampaniyası həyata keçirilir. Ərdəbil belə tədbirlərin həyata keçirilməsində xüsusi aktivliyi ilə seçilən şəhərdir.

 

İranda türk dilinin rəsmi olması və ana dilində təhsil məsələsi uzun illərdir öz həllini tapmır, bu məsələ ilə bağlı yüzlərlə azərbaycanlı fəal saxlanılıb, işgəncə edilib və uzun illər həbs cəzası ilə üzləşib.

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar