SON XƏBƏRLƏR

Zərif: “İranın “Sabiti” neft tankerinə hücum bir və ya iki dövlət tərəfindən həyata keçirilib”

2021.10.20, 07:36
Zərif: “İranın “Sabiti” neft tankerinə hücum bir və ya iki dövlət tərəfindən həyata keçirilib”

Gunaz.tv

GünazTV: İranın xarici işlər naziri Məhəmmədcavad Zərif oktyabrın 15-də jurnalistlərə açıqlamasında “Sabiti” neft tankerinə qarşı həyata keçirilmiş raket hücumundan danışıb.

 

O bildirib ki, İran tankerinə qarşı hücumun arxasında hansısa regional bir ölkə və ya ölkələr durur: “Bizdə olan məlumatlara görə, neft tankerimizə qarşı hücum bir və ya iki dövlət tərəfindən həyata keçirilib. Hazırda hadisə ilə bağlı aparılan araşdırmalar davam edir və biz qəti nəticə əldə etməyənə qədər hər hansı bir ölkəni bu hücumda günahlandırmayacağıq.

 

“Sabiti” neft tankerinə hücum çox mürəkkəb bir addım olub. Məhz buna görə də hesab edirik ki, bu hücumun arxasında hansısa bir xarici dövlət durur”- deyə, İranın xarici işlər naziri Məhəmmədcavad Zərif bəyan edib.

 

 

Xatırladaq ki, oktyabrın 11-i, saat 05:00-da və 05:20 radələrində Səudiyyə Ərəbistanının Ciddə limanı yaxınlığında İrana məxsus “Sabiti” neft tankerində iki güclü partlayış baş verib. İranın bəzi hökumət saytları partlayışların Səudiyyədən atılan raket nəticəsində baş verdiyini iddia etsələr də, rəsmi Ər-Riyad bu ittihamı rədd edir. 

 

 A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar