Zərif: “ İranın strateji səbri artıq bitdi”

17.10.2019, 12:05

GünazTV: İranın xarici işlər naziri Məhəmmədcavad Zərif oktyabrın 16-da Tehranda keçirilən İran İslam Respublikası ilə Cənubi Afrikanın müştərək komissiyasının 14-cü iclasında çıxış edərək, nüvə sazişindən, regional məsələlərdən və ölkəsinin Avropa qarşısında “strateji səbr”inin tükənməsindən danışıb.

 

Öz çıxışında İranın 5+1 qrupu ilə həssas və mürəkkəb danışıqlar apardığına toxunan Zərif deyib ki, Amerikanın həmin razılaşmadan çıxması BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsinə və BMT üzvü olan bütün ölkələrin istək və iradəsinə qarşı zidd addım idi: “Amerikanın nüvə sazişindən çıxmasından sonra Avropa da razılaşma ilə bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədi. Halbuki bunun üçün 1 il fürsəti var idi. Lakin təəssüflər olsun ki, həmin müddətdə biz Avropanın öhdəliklərinin səmərəli icrası ilə bağlı hər hansı bir addımının  şahidi olmadıq.

 

Avropa bir daha göstərdi ki, o, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdə acizdir. İranın isə strateji səbri artıq bitdi. Məhz buna görə də, biz nüvə razılaşmasının (“Bərcam”ın) şərtlərini və onun 26-cı və 27-ci bəndlərinə əsaslanaraq, razılaşmanın icrası ilə bağlı üzərimizə götürdüyümüz öhdəlikləri azaltmağa başladıq və bunu üç mərhələdə etdik. Bildiririk ki, nüvə razılaşmasını imzalayan qarşı tərəflər öz öhdəliklərini yerinə yetirməkdən imtina etsələr, biz öhdəliklərimizi daha da azaltmaq üçün növbəti addımlar atacağıq” –deyə, İranın xarici işlər naziri Məhəmmədcavad Zərif bəyan edib.  

 

 

Xatırladaq ki, Amerika prezidenti Donald Tramp 2018-ci il, mayın 8-də Ağ Evdə çıxış edərək Vaşinqtonun İranla Qərb arasında imzalanmış nüvə sazişindən çıxdığını rəsmən elan edib: “İran rejimi terrorizmin əsas himayədarı olaraq qalır. Bu rejim, bölgənin müxtəlif ölkələrinə və terrorçu qruplara raket göndərir, bütün Orta Şərqdə yaşanan çaxnaşma və qarşıdurmaları qızışdırır, od-alov üstünə benzin səpir, “Hizbullah”, “Həmas”, “Taliban” və “Əl-Qaidə” kimi terrorçu qruplaşmalara dəstək verir” –deyə, ABŞ prezidenti Donald Tramp bildirib.

 

A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

"Biz hökumətdən əfv istəmirik, İslam Respublikasına son qoyulmalıdır"-Nərgiz Məhəmmədi

2023-03-28

gun az article

“Parlaq gələcək”: “Brüssel yürüşünün dəyərləndirilməsi” və “Cenevrədə BMT-də “Ərk” Cəmiyyətinin konfransı”  - VİDEO

2023-03-28

gun az article

“Azadlıq səsi” proqramında müzakirə- “Azərbaycana qarşı erməni-fars təxribatları”  -VİDEO

2023-03-27

gun az article

Tehranda Azərbaycan bayrağı asıldı

2023-03-27

gun az article

Təbrizdə aksiya: divarlara etiraz məzmunlu afişalar asıldı

2023-03-27

gun az article

“Dəyirmi masa”: “İranın Azərbaycana qarşı təhdidləri” və “Azərbaycanlıların Brüssel toplantısı” -VİDEO

2023-03-26

gun az article

Həmədanda Azərbaycan mahnısına görə restoran bağlandı

2023-03-26

gun az article

Güney azərbaycanlılar Brüsseldə mitinq keçiriblər

2023-03-25

gun az article

“Körpü”də müzakirə: “Güney Azərbaycanda məsələ dövlətsizlik məsələsidir” -VİDEO

2023-03-25

gun az article

Təbrizdə taksi kirayələri kəskin artdı

2023-03-25

gun az article

Xoyda baş verən zəlzələdə xəsarət alanların sayı açıqlandı

2023-03-24

gun az article

Ərdəbildən Azərbaycan Respublikasına dəstək

2023-03-24

gun az article

Güney Azərbaycanda 5.6 bal gücündə zəlzələ baş verib

2023-03-24

gun az article

Zənganlı fəal Hüseyn Bayat qeyri-müəyyən şəraitdə həbsdə saxlanılır

2023-03-24

gun az article

BMT ofisində "Ərk"-Azərbaycan İnsan Hüquqları Cəmiyyətinin konfransı keçirilib

2023-03-24

gun az article

“Sözümüz”də müzakirə: “İranın Azərbaycana qarşı təhdidləri nə qədər ciddi sayılır?”  - VİDEO

2023-03-24

gun az article

Urmuda 5 nəfər casusluq ittihamı ilə edama məhkum edilib

2023-03-23

gun az article

Güneyli hüquqşünaslar tərəfindən Azərbaycan İnsan Hüquqları Təşkilatı yaradılıb

2023-03-23

gun az article

Ərdəbildə uşaqlara Azərbaycan dilində kitablar paylanıb-VİDEO

2023-03-23

gun az article

İran Sərhəd Qoşunlarının komandanı Azərbaycan sərhədinə gəlib

2023-03-23