SON XƏBƏRLƏR

Füzuli və Ağdamın böyük hissəsi minadan təmizlənib

2021.12.27, 10:24
Füzuli və Ağdamın böyük hissəsi minadan təmizlənib

Gunaz.tv

Bunu  Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin rəis müavini, general-mayor Məhərrəm Həsənov deyib.

M.Həsənov qeyd edib ki,  minatəmizləmə işləri sürətlə davam edir:

“Yeni yaranan taborun əməkdaşları orada çalışır. 2021-ci ilin yavarından indiyə kimi bizim qurumlar Füzuli və Ağdam  istiqamətində böyük ərazilərin minalardan təmizlənməsində iştirak ediblər. 

Hazırda tam güclə bu işlər davam etdirilir.Media nümayəndələrinin də burada rolu böyükdür. Jurnalistlər böyük fədakarlıqla işğaldan azad olunan ərazilərdə bərpa və quruculuq işləri ilə məşğul olan insanları maarifləndirməlidirlər”. (modern.az)

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar