SON XƏBƏRLƏR

Hicab və İffət Layihəsini tənqid edən deputatların səlahiyyətləri təsdiqlənməyib

2023.11.11, 13:06
Hicab və İffət Layihəsini tənqid edən deputatların səlahiyyətləri təsdiqlənməyib

Hicab və İffət Layihəsini tənqid edən deputatlar İranın İslami Şura Məclisinə növbəti seçkilərdə namzədlikərini irəli sürmə hüququndan məhrum ediliblər.

Gunaz.tv

İranın İslami Şura Məclisinə növbəti seçkilər 2024-cü ilin mart ayının 1-də keçirilməsi nəzərdə tutulub. 

Nəzarət Şurası (Nigəhban Şurası) İranın ali nəzarət orqanı olaraq, o cümlədən deputatlığa namzədlərin səlahiyyətlərinə baxır. Şura hakimiyyətin siyasətlərini tənqid edən həmin deputatların səlahiyyətlərini təqsidləməyib.

Səlahiyyətləri təsdiqlənməyən deputatlar siyahısında İranın müxtəlif şəhərləri, o cümlədən Təbriz şəhəri əhalisnin deputatları Məsud Pezişkian, Əhməd Əlirza Beygi və Əlirza Münadinin adları müşahidə olunur. 

Onlar, növbəti seçkilərdə iştiraklarına icazə verilməyən sair deputatlarla birgə “Hicab və İffət Layihəsini”, həmçinin hakimiyyətin siyasi və iqtisadi siyasətlərini tənqid edən deputatlar olublar.

Respublikanın Mərkəzi Seçki Qərargahının sözçüsü Möhsün İslami bu barədə noyabrın 10-da məlumat verib.

Taymaz

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar