SON XƏBƏRLƏR

İranda saxta spirtli içikdən ölənlərin sayı artdı

2026.11.24, 13:00
İranda saxta spirtli içikdən ölənlərin sayı artdı

İranın Nişabur şəhərində saxta və evdə hazırlanmış spirtli içkilərdən zəhərlənənlərin sayı 191 nəfərə çatıb, onlardan dördü həyatını itirib, dördü isə beyin ölümü keçirib.

Gunaz.tv

Bu barədə yerli media məlumat yayıb.

Bununla yanaşı Bəndər Abbas şəhərində də zəhərlənən 16 nəfərdən 3-ü dünyasını dəyişib.

Yerli medianın məlumatına görə, üç əyalətdə saxta spirtli içkidən ölənlərin sayı 8 nəfərə çatıb, onlarla zəhərlənən isə xəstəxanaların reanımasıya bölməsinə yerləşdirildikləri üçün ölü sayının artacağı gözlənilir. 

İran məhkəmə sisteminin məlumatına görə saxta spirtli içkilərin əldə edilməsi və paylanılmasında əli olan 15 nəfər həbs edilib.

Onlardan bir neçəsinin qadın olduğu bildirilsə də, müttəhimlərin kimliyi açıqlanmayıb.

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar