SON XƏBƏRLƏR

SEPAH generalı: Qəzza zolağındakı münaqişə Livana doğru genişlənir

2023.11.13, 14:35
SEPAH generalı: Qəzza zolağındakı münaqişə Livana doğru genişlənir

Qəzza zolağındakı münaqişə Livana doğru genişlənir. “Tasnim” xəbər verir ki, bunu İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Aerokosmik Qüvvələrinin komandanı, briqada generalı Əmir-Əli Hacızadə deyib.

Gunaz.tv

Hacızadə bildirib ki, Qəzza zolağındakı münaqişə Livana doğru genişlənir.

Onun sözlərinə görə, İsrail və HAMAS arasında münaqişə artıq Qəzza zolağının hüdudlarını aşıb, Livana sirayət edib, Livan onun bir hissəsinə çevrilib və çox güman toqquşmaların miqyası bundan sonra daha da genişlənəcək.

Xatırladaq ki, ötən ayın 7-də Qəzzada zolağında yerləşən HAMAS təşkilatının döyüşçüləri İsrailə genişmiqyaslı hücum edib və nəticədə 1400 nəfərdən çox insan öldürülüb, 200 nəfərdən çox şəxs girov götürülüb.

İsrail Müdafiə Qüvvələri (İsrael Defence Forces – İDF) buna cavab olaraq HAMAS-a qarşı hərbi əməliyyata başlayıb.

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar