SON XƏBƏRLƏR

Təbrizli uşağa türk adına görə sənəd verilmir

2023.11.15, 12:06
Təbrizli uşağa türk adına görə sənəd verilmir

Təbrizin Qeydiyyat İdarəsi azərbaycanlı uşağa adının "Baycan" olduğu üçün sənəd verməkdən imtina edib.

Gunaz.tv

Bu barədə Baycanın atası şair və mədəni Ramin Cəbrayili bildirib.

O, buna görə məhkəməyə müraciət etdiyini, ancaq heç bir müsbət nəticə ala bilmədiyini deyib.

Qeyd edək ki, İran Qeydiyyat İdarəsinin azərbaycanlı uşaqlara türk adlarına görə kimlik vəsiqəsi verməməsi bu adların təsdiq edilmiş İran adları siyahısında olmaması ilə əlaqələndirilir.

Qeydiyyat İdarəsinə görtə, siyahıda olmayan adlar əcnəbi ad hesab edilir və iranlı kimliyi ilə zidiyyət təşkil edir.

İnsan haqları sahəsində fəaliyyət göstərən "Ərk"-Azərbaycan Cəmiyyəti məsələ ilə bağlı  Beynəlxalq İnsan Hüquqları Müşahidəçiləri, İrqçiliyə Qarşı Komitə, Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları Komitəsi və başqa beynəlxalq təşkilatlara şikayət, hesabatlar göndərib.

Bu hesabatda "İran İslam Respublikası tərəfindən türklərə qarşı insan ləyaqətinin davamlı təhqir olunması" da vurğulanıb. 

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar