SON XƏBƏRLƏR

İran xarici işlər naziri impiçment olunacaq

2023.11.17, 13:13
İran xarici işlər naziri impiçment olunacaq

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Qəzzaya görə impiçment olunacaq.

Gunaz.tv

Bu barədə İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvü Mahmud Abbaszadə Meşkini məlumat verib.

O, impiçmentin diplomatik sistemin Səudiyyə Ərəbistanı hakimiyyəti qarşısında yarıtmaz fəaliyyəti və Qəzza müharibəsi məsələsinə görə olduğunu deyib.

"Necə olur ki, bir müddət əvvələ qədər sionist rejimin yer üzündən silinməsindən danışıldığı halda, indi mövqe dəyişib",- Abbaszadə İsrailə qarşı münasibətin dəyişməsindən təəccübləndiklərini və təəssüfləndiklərini bildirib.

Qeyd edək ki, HƏMAS-la bağlı İran hakimiyyəti daxilində fərqli və zidiyyətli fikirlər səsləndirilir.

SEPAH komandirləri HƏMAS-a dəstək verdiklərini və verəcəklərini dedikləri halda, başqa rəsmilər bu dəstəyin yalnız siyasi və mənəvi xarakter daşıdığını iddia edirlər.

Bunun Tehranın İsrail və Qərb ölkələrinin İrana qarşı daha ciddi cəza tədbirləri görəcəyindən qorxduğu ilə bağlı olduğu deyilir.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar