SON XƏBƏRLƏR

İranda oğlu öldürülən ana 13 il azadlıqdan məhrum edildi

2023.11.21, 10:16
İranda oğlu öldürülən ana 13 il azadlıqdan məhrum edildi

2022-ci ilin sentyabr ayında İranda başlayan etiraz aksiyalarında hökumət məmurları tərəfindən öldürülən Məhəmməd Cavad Zahidinin anası Məhsa Yəzadni 13 il azadlıqdan məhrum edilib.

Gunaz.tv

Bu barədə onun vəkili Meysəm Musəvi məlumat yayıb.

O, müvəkkilinin ağır həbs cəzasının Apellyasiya Məhkəməsi tərəfindən təsdiq edildiyini bildirib.

Vəkilin sözlərinə görə, Məhsa Yəzadni qarşı "hökumətə qarşə təbliğat", "rəhbəri təhqir etməh" və "müqəddəsləri təhqir etmək" ittihamlarına görə cəzalandırılıb.

Qeyd edək ki, oğlu məmurlar tərəfindən güllələnən ana sosial mediada hakimiyyətin dinc etirazçıları qətliam etdiyi ilə bağlı paylaşımlar etmişdi.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar