SON XƏBƏRLƏR

Mühacirətdə olan təbrizli vəkil barədə həbs qərarı çıxarıldı

2023.11.22, 10:59
Mühacirətdə olan təbrizli vəkil barədə həbs qərarı çıxarıldı

İran məhkəməsi hazırda Almaniyada yaşayan təbrizli vəkil Sina Yusifi barədə 1 il həbs qərarı çıxarıb.

Gunaz.tv

Bu barədə Yusifi sosial media hesabında paylaşım edib.

Bundan əvvəl Şərqi Azərbaycan Vəkillər Birliyinin sədr müavini olan Sina Yusifi "hökumətə qarşı təbliğat" və "ictimai rəyi təhrik etmək"də günahlandırılıb.

Qeyd edək ki, Sina Yusifi bundan əvvəl Təbrizdə yaşadığı zaman etiraz aksiyalarında saxlanılan azərbaycanlı fəallar barədə məlumatlar yaydığı üçün həbs edilmişdi.

Bununla yanaşı təbrizli hüquqşünas bir sıra güneyli milli-mədəni fəaların məhkəmələrində onların vəkili kimi çıxış edib.

Timur 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar