SON XƏBƏRLƏR

Şair və ictimai fəala həbs cəzası verildi

2023.11.23, 10:15
Şair və ictimai fəala həbs cəzası verildi

Tehranda yaşayan şair və ictimai fəal Atifə Çaharmahalian 2 il 8 ay həbs cəzasına məhkum edilib.

Gunaz.tv

Bu barədə o, özü sosial media hesabında yazıb.

Bundan əvvəl 2022-ci il etirazlarında saxlanılan şair şərti cəzaya məhkum edilərək girov qarşılığında sərbəst buraxılmışdı.

Çaharmahalian ötən bir il ərzində ictimai fəaliyyətlərini dayandırmadığına görə şərti cəzası ləğv edilərək həqiqi həbs cəzası ilə əvəzlənib.

Qeyd edək ki, 2021-ci ildə İran yazıçı və sənətçilərin həbs edilməsinə görə dünyada dördüncü yeri tutub.

Hesabatın yayılmasından bu günə kimi isə İranda həbs edilən yazıçı və sənətçilərin sayı daha da artıb.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar