SON XƏBƏRLƏR

Türkiyədə iranlı reperin evində axtarış aparıldı

2023.11.23, 16:19
Türkiyədə iranlı reperin evində axtarış aparıldı

Türkiyə polisi bu ölkədə yaşayan iranlı reper Əmir Məqsudi (Tətəlu)nun evində axtarış aparıb və onu dindirib.

Gunaz.tv

Axtarış əməliyyatı reperin yaşadığı evdə yeniyetmə qızlara qarşı cinsi zorakılıq etməsi barədə məlumat və videoların yayılmasından sonra baş verib.

Bu barədə məlumatın yayılmasından sonra başqa iranlı sənətçi Səhər Qoreyşi və başqaları Əmir Tətəlunun əxlaqsız əməllərini təsdiq edən vidolarını paylaşıblar.

Qeyd edək ki, hazırda Türkiyədə yaşayan iranlı reperin azyaşlı qızlara qarşı cinsi zorakılıqları ilə bağlı hərəkətlərinə görə, Türkiyə istisna olmaqla Avropa və İranla qonşu ölkələrə girişinə qadağa qoyulub.

Türkiyə polisi araşdırmaların davam etdiyi üçün mediaya əlavə məlumatlar verilməyəcəyini bildirib.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar