SON XƏBƏRLƏR

İran Azərbaycana qarşı olan terrorçuları mükafatlandırdı

2023.11.30, 14:43
İran Azərbaycana qarşı olan terrorçuları mükafatlandırdı

Azərbaycanda axtarışda olduqları üçün İrana sığınmış və İran hakimiyyətinin dəstəyi ilə fəaliyyət göstərən "Hüseyniyyun" terror qruplaşmasının başçısı Tehran hökuməti tərəfindən mükafatlandırılıb.

Gunaz.tv

Bu barədə İranın "Cavanonline" xəbər saytı məlumat yayıb.

Bildirilib ki, Azərbaycanda axtarışda olan Tohid İbrahimbəyli göstərdiyi “xidmətlərə” görə İranın hərbi rəsmiləri və din xadimlərinin mükafatına layiq görülüb.

“Bəsic” qüvvələrinin komandiri, “Azərbaycan-Hüseyniyyun” İslam Müqavimət Hərəkatının başçısı Tohid İbrahimini mükafatla təltif edib”, - məlumatda bildirib.

Qeyd edək ki, adı çəkilən qruplaşma SEPAH və İranın Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin himayəsi ilə fəaliyyət göstərir.

Qruplaşma üzvləri davamlı olaraq Azərbaycan Respublikasına qarşı siyasi-ideolojik təbliğat aparır, ölkədə şəriyət qaydaları əsasında radikal dini hakimiyyətin qurulmasına çağırırlar.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar