SON XƏBƏRLƏR

Borrell və Abdullahian Qəzzadakı vəziyyəti müzakirə edib

2023.12.04, 15:31
Borrell və Abdullahian Qəzzadakı vəziyyəti müzakirə edib

Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell və İran xarici işlər naziri Hüseyn Əmir-Abdullahian arasında telefon danışığı olub.

Gunaz.tv

Bu barədə Aİ-nin Ali Nümayəndəsi "X" hesabında bildirib.

Onun sözlərinə görə, İran XİN rəhbəri ilə Qəzzadakı və İordan çayının qərb sahilindəki vəziyyət müzakirə olunub.

"Həll yolu yalnız iki dövlətə əsaslanan siyasi həll ola bilər. Biz münaqişənin regiona yayılmasının qarşısını almalıyıq.

İranı öz təsirindən istifadə etməyə və regionda gərginliyin qarşısını almaq üçün fəal işləməyə çağırdım", - Borrell paylaşımında bildirib.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar