SON XƏBƏRLƏR

Azərbaycanlı uşağa Baycan adına kimlik sənədi alınıb

2023.12.05, 14:49
Azərbaycanlı uşağa Baycan adına kimlik sənədi alınıb

İki ay davam edən mübarizə və məhkəmə prosesindən sonra təbrizli valideynlər oğullarına "Baycan" adına kimlik sənədi almağa nail olublar.

Gunaz.tv

Bu barədə Baycanın atası Ramin Cəbrayili məlumat verib.

O, Şərqi Azərbaycan əyalətinin Qeydiyyat İdarəsinin türk adına sənəd verməkdən imtina etməsindən sonra məhkəməyə müraciət etdiyini yazıb.

Cəbrayili uzun məhkəmə proseslərindən sonra Baycan adına kimlik sənədi verilməsi barədə qərar çıxarıldığını bildirib.

Qeyd edək ki, İran Qeydiyyat İdarəsinin azərbaycanlı uşaqlara türk adlarına görə kimlik vəsiqəsi verməməsi bu adların təsdiq edilmiş İran adları siyahısında olmaması ilə əlaqələndirilir.

Qeydiyyat İdarəsinə görtə, siyahıda olmayan adlar əcnəbi ad hesab edilir və iranlı kimliyi ilə zidiyyət təşkil edir.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar