SON XƏBƏRLƏR

Tufarqanda yanğın- 9 nəfər xəsarət aldı

2023.12.06, 11:29
Tufarqanda yanğın- 9 nəfər xəsarət aldı

Şərqi Azərbaycan əyalətinin Tufarqan (Azərşəhr) şəhərinin Səlimi Sənaye Şəhərciyində güclü yanğın olub.

Gunaz.tv

Əyalət valiliyinin Böhran İdarəetmə Mərkəzinin məlumatına görə, yanğın dekabrın 5-i axşam saatlarında boya zavodunda baş verib.

Şərqi Azərbaycanın Təcili Yardım Mərkəzinin sözçüsü Vəhid Şadiniya yanğın nəticəsində xəsarət alan 9 nəfərin Tufarqan və Üskü şəhərlərinin xəstəxanalarına köçürüldüyünü bildirib.

Hadisənin səbəbləri və maddi ziyan barədə açıqlama verilməyib, bu istiqamətdə araşdırmalar aparıldığı qeyd edilib.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar