SON XƏBƏRLƏR

İran hökumətinə bağlı şəxslər Kanadadan qovulur

2023.12.07, 11:56
İran hökumətinə bağlı şəxslər Kanadadan qovulur

Tehran rejiminə bağlı şəxslərin qovulması ilə bağlı məlumatların ardınca, Kanada hökuməti 10 yüksək rütbəli iranlı məmurun bu ölkədən çıxarılmasına qərar verdiyini açıqlayıb.

Gunaz.tv

Bu barədə Kanada Sərhəd Təhlükəsizliyi Agentliyinin baş sözçüsü Maria Laduser məlumat yayıb.

O, İran hökumətinə bağlı daha 9 şəxsin işinin araşdırılması üçün dosiyelərinin Qaçqınlar Komissiyasına göndərildiyini bildirib.

Ölkədən çıxarılmasına qərar verilən şəxslər arasında bundan əvvəl İranda baş verən etiraz aksiyalarının yatırılmasında fəal iştirak edən Daxili İşlər Nazirliyinin yüksək rütbəli əməkdaşlarının adı var.

Kanada Mühafizəkarlar Partiyasının sədr müavini Melissa Lantzman İra məmurlarına qarşı bu addımların qeyri-kafi olduğunu deyib.

O, daha sərt tədbirlərin görülməsini və repressiyalarda əli olan iran məmurların Kanadadan çxarılması üçün qaçqın qanununda dəyişiklik etməyi təklif edib.

Qeyd edək ki, Kanadada yaşayan və İran hakimiyyəti ilə əlaqəli olmaqda şübhəli bilinən 141 nəfər barədə tədqiqat başladılıb.

Bu, Kanada müxalifətinin SEPAH- bağlı şəxslərin casus və müxalif iranlılara təhdid törətmək üçün Kanadadan oturum almaları hallarının artması barədə tənqidi çıxışlarından sonra baş verib.

Timur

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar