SON XƏBƏRLƏR

"İran Dürrə qaz yatağı üzrə heç bir haqqa malik deyil." Körfəz Əməkdaşlıq Şurası

2023.12.07, 14:38
"İran Dürrə qaz yatağı üzrə heç bir haqqa malik deyil." Körfəz Əməkdaşlıq Şurası

Ərəb Körfəzi Ölkələrinin Əməkdaşlıq Şurası İranın Dürrə qaz yatağı üzrə haqqa malik olmadığını, həmçinin 3 adanın BƏƏ-yə məxsus olduğunu bildirib.

Gunaz.tv

Şuraya üzv ölkələrin başçıları Qətərin paytaxtı Dohada keçirilmiş 44-cü toplantının sonunda bu münaqişələr barədə bəyanat yayıblar.

Bəyanatda deyilir: “Dürrə qaz yatağının bütün ərazisi Küveyt ölkəsinin dəniz bölgələrində yerləşir və ona mülkiyyət hüququ ortaq olaraq Səudi Ərəbistan və Küveyt dövlətlərinə məxsusdur.”

Bəyanatın digər hissəsində həmçinin Böyük Tünb, Kiçik Tünb və Əbu Musa adalarına BƏƏ-nin hakimiyyəti dəstəklənib.

Habelə Tehrandan, həmin adalara İranin hakimiyyət hüququnun olub olmadığı barədə aydınlıq gətitilməsi istiqamətində BƏƏ-nin cəhdlərinə qoşulması istənilib.

Abu-Dabi münaqişənin birbaşa danışıqlar və yaxud Beynəlxalq Ədalət Məhkəməsi vasitəsi ilə həll olunmasına tərəfdar çıxsa da Tehran konstruktiv yanaşmayaraq həmin adaların İranın ayrılmaz hissəsi olduğunu iddia edərək onlara hərbi qüvvə yerləşdirib.

Tehran həmçinin Arəş adlandırdığı Dürrrə qaz yatağında paya malik olduğunu iddia edir. 

Taymaz

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar