SON XƏBƏRLƏR

Rusiya Ukraynada 1000-dən çox hərbçisini itirdi

2023.12.07, 16:16
Rusiya Ukraynada 1000-dən çox hərbçisini itirdi

Rusiya qüvvələri son 24 saat ərzində Ukrayna ərazisində daha 1120 hərbçisini itirib.

Gunaz.tv

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, bununla da Rusiya tərəfinin müharibə başlayandan bəri ümumi itkilərinin sayı 336 230 nəfərə çatıb.

 Həmçinin son sutka ərzində Rusiyaya məxsus 18 tank, 26 zirehli döyüş maşını, 21 artilleriya sistemi Ukrayna ordusu tərəfindən sıradan çıxarılıb.
 
Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. 

Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar