SON XƏBƏRLƏR

"Qərb Zelenskiyə əvəz axtarmağa başlayıb"

2023.12.11, 11:25
"Qərb Zelenskiyə əvəz axtarmağa başlayıb"

Aparıcı Qərb ölkələrinin yüksək vəzifəli şəxsləri Ukrayna Prezidenti Vladimir Zelenskinin başqası ilə əvəz edilməsi zərurətini getdikcə daha çox müzakirə edirlər.

Gunaz.tv

Bu barədə Rusiya Xarici Kəşfiyyat Xidmətindən bildirilib.

Qeyd olunub ki, Brüsseldə Zelenskinin mümkün varisləri arasında Zalujnı, Budanov, Yermak, Aretoviç, Kliçkonu nəzərdən keçirilir.

"Qərbdə hesab edirlər ki, Zelenski həddindən artıq irəli gedib və lazım gələcəyi təqdirdə münaqişəni “dondurmaq” üçün Rusiya Federasiyası ilə danışıqlarda tərəf ola bilməyəcək.

 Zelenskinin Qərb tərəfindən başqası ilə əvəz olunması  səbəbləri arasında onun “sonsuz kobudluğu” və Rusiya ilə münaqişədə manevr qabiliyyətini itirməsi də göstərilir. 

ABŞ kəşfiyyatının qiymətləndirmələrinə görə, hərbi vəziyyətin inkişafını nəzərə alaraq, Zelenskinin tezliklə əvəz olunması zərurəti yarana bilər", deyə Rusiya Kəşfiyyat Xidmətinin yaydığı məlumatda bildirilib.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar