SON XƏBƏRLƏR

İranda tələbələrə qarşı təzyiqlər davam edir

2023.12.11, 12:36
İranda tələbələrə qarşı təzyiqlər davam edir

İranda tələbələrə qarşı təzyiqlərin davamında Tehran Universitetinin 30 tələbəsi intizam komitəsinə çağırııb.

Gunaz.tv

Bu barədə Tələbə Hərəkatı Birliyi mlumat yayıb.

 Onlara "Tələbə Günü" mərasimlərində iştirak ediklərinə görə cəzalandırılacaqları barədə xəbərdarlıq edilib.

Bu, Tehran Universitetinin Elm fakültəsinin dekanı Qulamrza Cəmşidihanın aksiyalara qoşulan tələbələri təhqir etməsi və onların sərt cəzalandırılması barədə çıxışından sonra baş verib.

Buna etiraz olaraq, onlarla tələbə Universitetin həyətində etiraz aksiyası keçirib, dekanın üzr istəməsini tələb ediblər.

Qeyd edək ki, 2022-ci ilin sentyabr ayında İranda başlayan etiraz aksiyalarından sonra ictimai fəallıq göstərən yüzlərlə tələbə universitetlərdən qovulub.

Onların bir çoxuna "hökumətə qarşı təbliğat" ittihamı irəli sürülüb.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar