SON XƏBƏRLƏR

Osloda Nərgiz Məhəmmədini təqdir mərasimi keçirilib

2023.12.12, 12:46
Osloda Nərgiz Məhəmmədini təqdir mərasimi keçirilib

Norveçin paytaxtı Osloda güneyli siyasi məhbus və Nobel Sülh mükafatı laureatını təqdir mərasimi keçirilib.

Gunaz.tv

Minlərlə insanın şam yandıraraq Nərgiz Məhəmmədinin ailə üzvlərinin olduğu binanın qarşısına toplaşaraq, ona hörmət və sevgilərini ifadə etdikləri bildirilib.

Qeyd edək ki, dekabrın 10-da Nobel Sülh mükafatı Nərgiz Məhəmmədinin övladlarına verilib.

Güney Azərbaycanın Zəncan şəhərində doğulan Nərgiz Məhəmmədi hazırda Tehranın Evin həbsxanasında saxlanılır. O, 10 il 8 ay həbs, 154 şallaq cəzasına məhkum edilib. O, həbsxanada saxlanılan başqa 4 qadın məhbusla birlikdə qadın məhbuslara qarşı təzyiqlərə etiraz olaraq aclıq aksiyası keçirir.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar