SON XƏBƏRLƏR

Təbriz komandası yenidən cəzalandırıldı

2023.12.12, 16:06
Təbriz komandası yenidən cəzalandırıldı

İran Futbol Federasiyası Təbrizin “Traxtur” klubunu növbəti dəfə cəzalandırıb.

Gunaz.tv

Təbriz komandasının tərəfdarlarının bundan əvvəl stadionda idmana aidiyyəti olmayan şüarlar səsləndirmələrinə görə Premyer Liqanın 13-cü həftəsində “Traxtor” və Tehranın “Peykan” komandaları arasında Təbrizdə keçiriləcək görüş tamaşaçısız baş tutacaq.

Bu, son 1 ay ərzində Təbriz komandasına qarşı ikinci cəza tədbiridir.

Noyabrın 25-də “Traxtur” komandasının azarkeşləri Xuzistanın “Fulad” komandası ilə keçirilən görüşdə milli şüarlar səsləndirdikləri üçün Azərbaycan komandası 100 milyon tümən cərimə edilmişdi.

Qeyd olunan görüşdə azərbaycanlı azarkeşlər "Türk dilində mədrəsə, olmalıdır hər kəsə!", "Azərbaycan var olsun, istəməyən kor olsun!" kimi milli şüarlar səsləndiriblər.

İran Futbol Fedetasiyası Azərbaycan dilində səsləndirilən şüarları qeyri-etik hesab edib.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar