SON XƏBƏRLƏR

Urmu gölü böhranı ilə dəyirmi masa keçirilib

2023.12.13, 10:49
Urmu gölü böhranı ilə dəyirmi masa keçirilib

Təbrizin "Azərəncümən" nəşrinin ofisində Urmu gölü böhranının həlli mövzusunda dəyirmi masa keçirilib.

Gunaz.tv

Dəyirmi masa güneyli rejissor və ətraf mühit fəalı Məhəmməd Əlimuradinin təşəbbüsü ilə keçirilib.

Toplantıda Urmu Gölünün Bərpası Qərargahının Xalq Komitəsinin keçmiş rəhbəri Məhəmmədhüseyn Həsənzadə və Şərqi Azərbaycan əyalətinin Ətraf Mühit və Davamlı İnkişaf Evinin baş direktoru Əhməd Rəhmani iştirak edib.

Yerli media nümayəndələri və ətraf mühit fəallarının qatıldığı dəyirmi masada gölün hazırkı vəziyyəti, ekoloji fəlakətin fəsadları müzakirə edilib, onun həll yolları barədə fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, son məlumata görə, Urmu gölünün 96%-i quruyub və hökumətin gölün bərpası ilə bağlı vəd verdiyi layihələr həyata keçirilməyib.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar