SON XƏBƏRLƏR

MDB missiyası Azərbaycanda prezident seçkilərini müşahidə edəcək

2023.12.13, 12:06
MDB missiyası Azərbaycanda prezident seçkilərini müşahidə edəcək

MDB Azərbaycanda və Rusiyada keçiriləcək prezident seçkilərinə, həmçinin, Belarusda keçiriləcək parlament və yerli parlament seçkilərinə öz müşahidəçilərini göndərməyi planlaşdırır.

Gunaz.tv

Bunu MDB-nin baş katibi Sergey Lebedev bildirib.

Onun sözlərinə görə, bu günə qədər müşahidəçi missiyasının göndərilməsi üçün yazılı dəvət yalnız Bakıdan alınıb.

Qeyd edək ki, 2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək. Rusiyada isə prezident seçkiləri martın 17-nə təyin olunub.

Şimal qonşumuzun seçiciləri martın 15-dən başlayaraq üç gün ərzində səs verə biləcəklər.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar