SON XƏBƏRLƏR

Güneyli fəallara işgəncə verilib

2023.12.13, 13:13
Güneyli fəallara işgəncə verilib

Təbrizin təhlükəsizlik təcridxanasında saxlanılan və bir neçə gün əvvəl müvəqqəti sərbəst buraxılan milli fəallara işgəncə verilib.

Gunaz.tv

Bu barədə Almaniyada yaşayan güneyli vəkil Sina Yusifi zərərçəkənlərə istinadən məlumat yayıb.

O, Davud Şiri və Araz İbrahimnəjadın kabellərlə döyüldüyü və elektrik şoku ilə işgəncə edildiklərini bildirib.

Bununla yanaşı vəkil, sərbəst buraxılanlara istinadən hazırda təcridxanada saxlanılan Əli Babayi, Cavad Sudbər və Yürüş Mehrəlibəylinin davamlı döyüldüklərini qeyd edib.

Sina Yusifi fəalların Təbrizin Bağşimal bölgəsində Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinə bağlı "Qara mərkəz" adlandırılan qeyri-rəsmi təcridxanalarında saxlanıldıqlarını yazıb.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar