SON XƏBƏRLƏR

İran 33 ölkə ilə viza rejimini ləğv etdi

2023.12.14, 12:09
İran 33 ölkə ilə viza rejimini ləğv etdi

İran hökuməti bir tərəfli qaydada 33 ölkə ilə viza rejimini ləğv edib.

Gunaz.tv

 Bu barədə yerli media məlumat yayıb.

Viza rejimi ləğv edilən ölkələr sırasında 17 Asiya, 6 Afrika, 5 Avropa və 5 Latın Amerikası ölkəsinin adı var.

Bu, həm də İranda iflasa uğrayan turizm sahəsinin dirçəldilməsi üçün atılan addım kimi dəyərləndirilir.

2019-cu ildən sonra İrana turizm məqsədilə səfər edənlərin sayı kəskin azalıb və  tur operatorlarının 90%-i fəaliyyətini dayandırıb.

Bir müddət əvvəl İran Turizm Bələdçiləri Birliyinin rəhbəri İbrahim Purfərəc xarici turistlərin İrana səfər etmədiklərini deyib.

O, Avropa Birliyinin SEPAH-a qarşı sanksiyalar tətbiq etməsi və bunun mediada yayılmasının avropalılarda İranafobiyaya səbəb olduğunu və onların İrana səyahət etməkdən çəkinməsi ilə nəticələndiyini bildirib.

Timur

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar