SON XƏBƏRLƏR

Qeydiyyat İdarəsi "Dolunay" adına sənəd verməyə məcbur oldu

2023.12.14, 14:44
Qeydiyyat İdarəsi "Dolunay" adına sənəd verməyə məcbur oldu

Çoxsaylı müraciətlər və məhkəmə prosesindən sonra Ərdəbil əyalətinin Qeydiyyat İdarəsi ərdəbilli körpəyə "Dolunay" türk adına sənəd verməyə məcbur olub.

Gunaz.tv

Bu barədə Dolunayın atası, mədəni fəal və yazıçı Səid Sadiqifər məlumat verib.

O, özünün sosial media hesabında Xəlil Rza Ulutürkün "əslində ən böyük həyat azadlıq uğrunda mübarizə aparmaqdır" şeirini paylaşaraq, qızına türk adına sənəd ala bildiyi üçün məmnunluğunu bildirib.

Bir müddət əvvəl Ərdəbil əyalətinin Qeydiyyat İdarəsi "Dolunay" adının İran adları siyahısında olmadığı üçün bu adda sənədin verilməsinin mümkün olmadığını demişdi.

Qeyd edək ki, İran Qeydiyyat İdarəsinin azərbaycanlı uşaqlara türk adlarına görə kimlik vəsiqəsi verməməsi bu adların təsdiq edilmiş İran adları siyahısında olmaması ilə əlaqələndirilir.

Qeydiyyat İdarəsinə görtə, siyahıda olmayan adlar əcnəbi ad hesab edilir və iranlı kimliyi ilə zidiyyət təşkil edir.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar